Modern.az

Daha çox ət yeyəcəyik - Dana əti 10 manat oldu

Daha çox ət yeyəcəyik - Dana əti 10 manat oldu

5 Noyabr 2017, 14:37

Bakıda dana və quzu ətinin qiyməti ucuzlaşıb. Bir neçə gün əvvələ qədər 11-12 manata təklif edilən dana ətinin qiyməti 10 manata, 13 manata təklif edilən quzu ətinin qiyməti isə 11 manatda qərarlaşıb.

 

Ət kəsimi məntəqlərindəki satıcılar Modern.az-a bunun alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.

 

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub