Modern.az

Rusiyada partlayış: bir ölü, iki yaralı

Rusiyada partlayış: bir ölü, iki yaralı

Dünya

5 Noyabr 2017, 20:57

Rusiyada partlayış törədilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə İnquşetiya Respublikasında törədilib. Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.

 

İnsident nəticəsində üç polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib.

 

Son məlumatlara görə, blok-posta hücumda 4 nəfər iştirak edib. Hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür