Modern.az

Moskvada 200-dən çox insan saxlanıldı

Moskvada 200-dən çox insan saxlanıldı

Dünya

5 Noyabr 2017, 23:24

Moskvada 200-dən çox insan həbs edilib. Modern.az xəbər verir ki, həbslər, həmçinin, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib.

 

Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, 3 noyabrda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun təxribat planlaşdıran üzvlərinin saxlandığını açıqlamışdı. Ölkədən qaçan Maltsev isə 5 noyabrda Rusiyada inqilab olacağını bildirmişdi. Ümumilikdə isə Rusiyada hakimiyyətinə qarşı təşkil edilən icazəsiz aksiyalarda həbs edilənlərin sayı 380-ə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır