Modern.az

ABŞ-da qətliam: 27 ölü, 24 yaralı - YENİLƏNİB

ABŞ-da qətliam: 27 ölü, 24 yaralı - YENİLƏNİB

6 Noyabr 2017, 08:52

ABŞ-ın Texas ştatının San Antonio şəhərində kilsəyə silahlı hücum olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, 24 nəfər isə yaralanıb.  Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. 

Qətliam törədənin şəxsiyyəti də müəyyənləşdirilib.

Bu, 26 yaşlı Texas sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.

 

***

ABŞ-da kilsəyə hücum nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində azı 20 nəfər ölüb. Silahlı insident nəticəsində daha 30 nəfər yaralanıb. Atəş açan şəxs isə zərərsizləşdirilib.

 

23:56

 

ABŞ-da silahlı insident olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Texas ştatının San-Antonio şəhərində naməlum şəxs tərəfindən “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edilib. Hadisə nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, cinayətkar polis tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir