Modern.az

Parisdə ermənilərin “xaçkar” saxtakarılğı ifşa edilib

Parisdə ermənilərin “xaçkar” saxtakarılğı ifşa edilib

16 İyun 2011, 17:43

Parisdə YUNESKO çərçivəsində keçirilən “xaçkar sənətkarlığı” fotosərgisinin açılışına gələn erməni nümayəndə heyəti gözlənilməz situasiya ilə üzləşib. Ermənilər açılışdan əvvəl stenddə hər xaçkar haqqında onun tapıldığı yer barədə məlumat daxil olmaqla fotoşəkli sərgidə nümayiş etdiriblər. Lakin açılış zamanı bəlli olub ki, xaçkrın tapılıdığı yer barədə olan informasiyalar sərginin təşkilatçıları tərəfindən stenddən çıxarılıb.
Erməni KİV-ləri bunu səbəbini tam açıqlamaslar da, bu, çox guman ki, bədnam qonşularımızın bizə qarşı növbəti həyasızlığı olub. Belə ki, ermənilər Azərbaycanın işğal altında olan rayonların ərazilərindən tapılmış qədim alban abidələrini “erməni abidəsi” kimi sırımaq istəyiblər. Sərginin təşkilatçıları isə qalmaqal yaranacağından və Azərbaycanın buna mənfi reaksiyasından ehtiyat edərək şəkillər barədə məlumatları sərgidən çıxarıblar.
Bu isə sərgidə iştirak edən Ermənistanın mədəniyyət nazirinin müavini və Fransadakı səfiri də daxil olmaqla erməniləri möhkəm qəzəbləndirib. Lakin onların etirazına əhəmiyyət verilməyib.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi