24 may 2018, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Ərdoğandan Putinə 2 TƏKLİF: Qarabağ və Türkmənistan – bölgədə ciddi dəyişiklik ola bilər
Ərdoğandan Putinə 2 TƏKLİF: Qarabağ və Türkmənistan – bölgədə ciddi dəyişiklik ola bilər
06.11.2017, 11:06

Türkiyə prezidenti Rəcəb Təyyəb Ərdoğan il ərzində rusiyalı həmkarı Vladimir Putinlə bir neçə dəfə görüşür, fikir mübadiləsi aparır. Ancaq növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var.

Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir.

 

Modern.az saytının məlumatına görə, bu haqda “Atlas” araşdırmalar mərkəzinin təhlilində bildirilib.

 

Qeyd olunub ki, birinci mövzu Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır.

 

“Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar.

 

Ərdoğan bu açıqlaması ilə ona işarə edib ki, Ermənistan tamamən Rusiyadan asılıdır. Və Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Sazişdə bu maddə olmasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın “aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təmatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır”.

 

Bildirilib ki, Rusiyanın hakimiyyət dairələrində Azərbaycan üçün hazırlanan plan təxminən belədir:

 

Rusiya Ermənistan hakimiyyətini razı salaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını təmin edir, “aralıq status” mexanizmi hazırlanıb işə düşür, bölgə üçün yazılı təhlükəsizlik təminatı verilir. Bunun əvəzində isə rəsmi Bakıdan aşağıdakıların yerinə yetirilməsi istənilir:

 

1.    Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olur;

2.    Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olur;

3.    Başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin sülhməramlı qüvvələri Dağlıq Qarabağda yerləşdirilir.

 

Azərbaycan 5 rayonun qeyri-şərtsiz boşaldılması əvəzinə Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsini nəzərdən keçirə bilər.

Digər iki şərt Azərbaycan üçün ağırdır. Buna baxmayaraq, 3-cü şərti də istisnalarla bu şəkildə qəbul etmək olar ki, Rusiya sülhməramlılarının sayı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri - Qazaxıstan və ya Belarus sülhməramlılarının sayından çox olmamalı, üstəgəl Türkiyə hərbçiləri də eyni sayda Dağlıq Qarabağda yerləşdirilməlidirlər. 5 rayonun boşaldılmasından başqa qısa müddətdə digər 2 rayonun boşaldılması da təmin edilərsə və azərbaycanlı məcburi köçkünlərin tamamı Dağlıq Qarabağa qayıdarsa, üstəgəl referendum şərti irəli sürülməzsə, Azərbaycanın müşahidəçi statusunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı nəzərdən keçirilə bilər. Yetər ki, işğala son qoyulsun və erməni separatçıları müstəqillik tələblərindən vaz keçsinlər.

 

Bölgədə 3 böyük layihədən birinə start verildi. Bakı-Tbilisi-Qars dəmiryolu işə düşdü. Üstəgəl şimal-cənub dəhlizi adlandırılan Rusiya-Azərbaycan-İran dəmiryolunun işə düşəcəyi tarixə də çox qalmayıb. Bu da işə düşdükdən sonra TAP və TANAP layihələrinə start veriləcək və Azərbaycan qazı Avropaya daşınacaq. Ermənistan bütün bu layihələrdən təcrid olunub. İrəvan strateji planlaşdırmada nə qədər kasad olsa da, anlayır ki, böyük regional layihələrdən təcrid Ermənistanı uçuruma aparır. İrəvanda Azərbaycanın hər il silahlanmaya milyardlarla dollar xərcləməsinin məqsədini də anlamamış deyillər. Ona görə də Ermənistan Azərbaycan torpaqlarını azad edib Dağlıq Qarabağa yüksək muxtariyyətlə kifayətlənməklə həm özünü xilas etmək imkanı qazanacaq, həm regional layihələrə qoşula biləcək, həm də Azərbaycan və Türkiyə ilə normal qonşuluq əlaqələrini bərpa edəcək” - əlavə olunub.

 

“Atlas” qeyd edir ki, Ərdoğan Vladimir Putinə “böyük sülhün” bu üstünlüklərini anlatmağa çalışacaq. Lakin Türkiyə liderinin rusiyalı həmkarı ilə müzakirə edəcəyi başqa mövzu da var.

 

“Rusiya qazını Türkiyə üzərindən Avropaya çatdıracaq “Türk axını” layihəsi sürətlə irəliləyir və boruların böyük hissəsi artıq Qara dənizin dibinə döşənib. Ərdoğan Putindən xahiş etmək istəyir ki, Rusiya Xəzərin dibi ilə də boru xəttinin inşasına mane olmasın və Türkmənistan qazı Azərbaycan və Türkiyə üzərindən Avropaya daşına bilsin. Ərdoğan Kremlin “Xəzərin dibindən boru xəttinin çəkilməsi ekologiyaya zərər vura bilər” bəhanəsindən imtina edəcəyinə ümidlidir. Rusiya Şimal dənizinin və Qara dənizin dibi ilə boru xətti çəkirsə və bu ekologiyaya heç bir zərər vurmursa, Xəzərin dibi ilə çəkilən boru xətti niyə ekologiyaya zərər vurmalıdır?

Sadəcə Kreml Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəmir. Yeganə izah budur. Ancaq Avropa bazarı böyükdür və hamının qaza ehtiyacı var. Digər tərəfdən Avropa Rusiyanın qaz bazarından asılılığını azaltmaq istəyir və bunu Kremldə də bilirlər. Rusiya öz qazının tamamını Avropaya sırımaqda çətinlik çəkir. Brüssel də Ankara kimi istəyir ki, Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınsın. Xəzərin dibi ilə boru xəttinin tikintisinə süni əngəllər yaratmaq Putinin özünün səsləndirdiyi yanaşmaya ziddir. Rusiya prezidenti hər zaman deyir ki, azad rəqabətin tərəfdarıdır. Putin bu cümləni tez-tez ona görə təkrarlayır ki, ABŞ Rusiyanı Avropa bazarından sıxışdırıb özünün sıxılmış qazını satmaq istəyir. Demək məntiqlə Putin başqalarına da öz qazını Avropaya çatdırmaqda mane olmamalıdır. Yoxsa onun tənqid etdiyi Vaşinqtondan fərqi olmayacaq. 

 

Putinin Ərdoğanın “Dağlıq Qarabağ münaqişəsini həll edək, bu hamının xeyrinədir təklifinə necə cavab verəcəyi yuxarı-aşağı bəllidir, şərtlər ortadadır.  Türkmənistan qazının Avropaya çatdırılması məqsədilə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyinə necə cavab verəcəyi haqqında isə səhih məlumat yoxdur. Ancaq şübhəsiz Putin bunun qarşılığında da Ərdoğandan nəsə istəyəcək və bu istək miqyasına görə Xəzərin dibindən boru xəttinin çəkilməsi istəyindən az olmayacaq.

 

Beləliklə, növbəti Ərdoğan-Putin görüşünə hər iki tərəf ciddi hazırlaşır. Ərdoğan hər iki təklifi ilə bağlı Putindən müsbət cavab alarsa bu, bölgədə radikal dəyişikliklərə yol açacaq. Əks halda vəziyyət dəyişməyəcək, adəti üzrə atəşkəs intensiv pozulacaq, snayperlər həmişəki kimi işləyəcək, müharibə ehtimalı da azalmayacaq.

 

Bildirilib ki, Ərdoğan Putinlə görüşdən sonra böyük ehtimalla azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək ki, Kreml sahibi ilə danışıqlar barədə onu məlumatlandırsın.

“Eyni məntiqlə də Putin erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Çünki bu dəfə görüş Cənubi Qafqazdakı problemlərin kompleks həllinə həsr olunub. Bölgədə sabitliyin, davamlı inkişafın və əməkdaşlığın təminatı üçün optimal həll variantı aşağıdakı kimidir:

 

Birincisi, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilir, rayonlar boşaldılır və məcburi köçkünlər geri qayıdırlar, bölgədə geniş tərkibli sülhməramlı qüvvələr yerləşdirilir, Dağlıq Qarabağ erməniləri ya geniş muxtariyyətə, ya da “aralıq statusa” malik olurlar.

 

İkincisi, birinci şərtin yerinə yetirilməsi Azərbaycanın və Türkiyənin Rusiya ilə regional əsasda əməkdaşlığını gücləndirir;

 

Üçüncüsü, Ermənistanın təcridinə son qoyulur və bu ölkənin regional layihələrdə iştirakı təmin edilir. Bu mənada Rusiya-Azərbaycan-Ermənistan dəmiryolunun bərpası da müzakirə oluna bilər;

 

Dördüncüsü, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilişinə mane olmur və Türkmənistan qazı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınır. 

Bu planın işləməsi üçün Kreml Ərdoğanın təklifləri ilə razılaşaraq İrəvana təsir etməli və enerji bazarında azad rəqabətə üstünlük verdiyini göstərməlidir. Seçim Putinindir”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ankarada partlayış baş verib, ölən var     
24.05.2018, 21:26

Ankarada partlayış baş verib, ölən var  

Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova
24.05.2018, 21:15

Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova

9 futbolçu "Qarabağ"dan ayrıldı
24.05.2018, 21:03

9 futbolçu "Qarabağ"dan ayrıldı

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb
24.05.2018, 21:00

Gənc fiziklərin ötən il “Thomson Reuters”in jurnallarında 118 elmi məqaləsi yayımlanıb

Ronaldiniyodan qəribə addım - Eyni vaxtda 2 qadınla evlənəcək
24.05.2018, 20:47

Ronaldiniyodan qəribə addım - Eyni vaxtda 2 qadınla evlənəcək

Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib   
24.05.2018, 20:33

Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib  

ABŞ: Yeni virus Rusiyada yaradılıb
24.05.2018, 20:24

ABŞ: Yeni virus Rusiyada yaradılıb

Bakıda keçiriləcək Avropa çempionatının oyunlarının  təqvimi - UEFA-2020
24.05.2018, 20:19

Bakıda keçiriləcək Avropa çempionatının oyunlarının  təqvimi - UEFA-2020

"Qobu Park" yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış sayca 98-ci şəhərcikdir - VİDEO
24.05.2018, 20:10

"Qobu Park" yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış sayca 98-ci şəhərcikdir - VİDEO

TAP-ın prezidenti Azərbaycana gələcək   
24.05.2018, 19:13

TAP-ın prezidenti Azərbaycana gələcək  

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb
24.05.2018, 19:02

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR
24.05.2018, 18:56

NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi kəşfiyyatçıların təlimini izləyib - FOTOLAR

24.05.2018, 18:50

"Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var" - VLADİMİR PUTİN

Azərbaycana xaricdən pul köçürmələri 63% artıb
24.05.2018, 18:44

Azərbaycana xaricdən pul köçürmələri 63% artıb

"Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir - Yeni kateqoriyalar müəyyənləşir?
24.05.2018, 18:36

"Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir - Yeni kateqoriyalar müəyyənləşir?

Nazarbayev İlham Əliyevə məktub yazıb   
24.05.2018, 18:31

Nazarbayev İlham Əliyevə məktub yazıb  

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib
24.05.2018, 18:25

Tramp onun seçkiqabağı kompaniyasında casusun olması barədə təsdiqləyici məlumat əldə edib

Prezident Abbas Əliyevə
24.05.2018, 18:18

Prezident Abbas Əliyevə "Əməkdar jurnalist" adı verdi

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR
24.05.2018, 18:11

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM
24.05.2018, 18:09

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM

İncə Ərdoğanı ittiham etdi
24.05.2018, 18:06

İncə Ərdoğanı ittiham etdi

Türk lirəsi niyə ucuzlaşır? - Səfirdən AÇIQLAMA
24.05.2018, 18:00

Türk lirəsi niyə ucuzlaşır? - Səfirdən AÇIQLAMA

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  
24.05.2018, 17:57

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  

Erkan Özoral AXC-nin arxivindən danışdı  
24.05.2018, 17:56

Erkan Özoral AXC-nin arxivindən danışdı  

Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə saldı
24.05.2018, 17:53

Ərdoğan Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə saldı

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı
24.05.2018, 17:52

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı

Azərbaycanda əfv olunanlar arasında əcnəbilər də var - SİYAHI   
24.05.2018, 17:49

Azərbaycanda əfv olunanlar arasında əcnəbilər də var - SİYAHI  

Mətbuat Şurasında şikayətlər dinlənilib
24.05.2018, 17:36

Mətbuat Şurasında şikayətlər dinlənilib

Bakıda polisə zor tətbiq edənə cinayət işi açıldı
24.05.2018, 17:35

Bakıda polisə zor tətbiq edənə cinayət işi açıldı

Mədəniyyət Nazirliyindən Rüstəm İbrahimbəyovun filminə ETİRAZ
24.05.2018, 17:32

Mədəniyyət Nazirliyindən Rüstəm İbrahimbəyovun filminə ETİRAZ

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ
24.05.2018, 17:32

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ

Baş nazir benzinə görə təhdid edildi
24.05.2018, 17:30

Baş nazir benzinə görə təhdid edildi

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək
24.05.2018, 17:19

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

Prezident 634 nəfəri əfv etdi - TAM SİYAHI   
24.05.2018, 17:14

Prezident 634 nəfəri əfv etdi - TAM SİYAHI  

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”
24.05.2018, 16:52

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (23.6%)
Meral Akşener (12.5%)
Rəcəb Tayyip Ərdoğan (57.2%)
Selahattin Demirtaş (1.97%)
Temel Karamollaoğlu (0.65%)
Doğu Perinçek (3.94%)