Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti müsabiqənin mövzularını müəyyənləşdirib

QHT-lərə Dövlət Dəstəyi Şurası növbəti müsabiqənin mövzularını müəyyənləşdirib

19 Noyabr 2009, 15:53

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ilin maliyyə yardımı müsabiqəsi mövzularının ilkin variantının siyahısını noyabrın 19-da ictimai müzakirəyə təqdim edib.

 

QHT-lər mövzularla bağlı öz təklif və rəylərini noyabrın 30-dək Şuraya yazılı şəkildə təqdim edə bilərlər.

İctimai müzakirəyə təqdim edilən mövzular:

1.İnsan hüquqları və demokratiya məsələləri

  2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərin monitorinqi və seçicilərin maarifləndirilməsi; Korrupsiya ilə mübarizəyə həsr olunmuş qısametrajlı filmlərin, reklam lövhələrinin hazırlanması və digər tədbirlərin təşkili; İnsan alverinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin təşkili və insan alveri qurbanlarının sosial hüquqlarının müdafiəsi; Azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının təmin olunmasına yönələn fəaliyyət;

Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi;

İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində əhalinin maarifləndirilməsi

QHT-lərin ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi və onların bu sahədə peşəkarlığının artırılması;

Demokratikləşmə prosesinin dəstəklənməsi sahəsində tədbirlərin təşkili.

2.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti və onun ağır nəticələri barədə müxtəlif vəsaitlərin hazırlanması, hazırkı vəziyyət haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbirlərin (konfrans, dəyirmi masa və s.) təşkili;

3.Azərbaycanın dünya birliyinə inteqrasiyası

Beynəlxalq təşkilatlarla və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi;

Beynəlxalq aləmlə ünsiyyət vasitə və mexanizmlərinin təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisi.

4.Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunması

Bakı və digər şəhərlərdə ekoloji vəziyyətinin yaxşılaşması mövzusunda reklam lövhələrinin, video çarxların hazırlanması və bu istiqamətdə ictimai kampaniyaların təşkili (aksiyalar, şou proqramlar, xeyriyyə tədbirləri, iməciliklər və s.)

Ətraf mühitin mühafizəsinə dair məktəblilər arasında (rəsm, foto və s.) müsabiqələrin keçirilməsi və sərgilərin təşkili;

Yoluxucu xəstəliklərin profilaktikası sahəsində əhalinin maarifləndirilməsi;

Tibbi xidmətin yaxşılaşdırılmasına dair tədbirlərin təşkili;

5.Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

Regionların sosial-iqtisadi inkişafına dəstək;

Əhalinin maariflənməsinə və informasiya təminatına dəstək;

Regionların inkişafına yönəlik digər təşəbbüslərə dəstək;

Regionların inkişafına yönələn dövlət proqramlarının icrasında vətəndaş cəmiyyəti institutlarının iştirakının gücləndirilməsi.

6.Təhsil və mədəniyyətin inkişaf etdirilməsi

İmkansız və valideyn himayəsindən məhrum olan uşaqlar üçün məktəbdənkənar məşğələlərin və kursların təşkili;

Orta məktəblərdə Valideyn-Müəllim Assosiasiyalarının işinin gücləndirilməsi;

Təhsilin keyfiyyətinin artırılmasına dair tədbirlər;

İtməkdə olan mədəniyyət abidələrinin qorunması istiqamətində tədbirlər;

Mədəniyyətin inkişafına dair tədbirlər.

7.Sosial və iqtisadi məsələlər

Uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı;

Uşaqların zərərli vərdişlərdən qorunması, erkən nikahla mübarizə sahəsində maariflənmə və təbliğat işlərinin aparılması;

Qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həllinə dəstək;

Gənclərin zərərli vərdişlərdən yayınması istiqamətində tədbirlərin təşkili;

Narkomaniya ilə mübarizəyə həsr olunmuş müsabiqələrin (rəsm, foto, inşa və s.) və sərgilərinin təşkili;

Sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulmasına dəstək;

Qaçqın və məcburi köçkünlərin, əlil, veteran və şəhid ailələrinin problemlərinin öyrənilməsi və onların həlli istiqamətində tədbirlərin həyata keçirilməsi;

Milli adət-ənənələrin saflaşması sahəsində (xeyir və şər mərasimləri) yaranan problemlərin araşdırılması, onların radio, televiziya verilişləri və digər KİV-lərdə müzakirəsi ;

İctimai nəqliyyatda göstərilən xidmətin monitorinqi və bu sahədə maarifləndirmə işinin təşkili;

İnkişaf Proqramlarının icrasında vətəndaş cəmiyyətinin iştirakının monitorinqi;

Xarici və yerli şirkətlər tərəfindən həyata keçirilən sosial sərmayə və qrant proqramlarının monitorinqi;

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir