Modern.az

Milli Məclis 30 məsələyə görə toplanır  

Milli Məclis 30 məsələyə görə toplanır   

6 Noyabr 2017, 11:47

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı bəlli olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında deyib ki, payız sessiyasının növbəti iclası noyabrın 14-də keçiriləcək. Gündəliyə 30 məsələ daxil edilib.


Gündəlikdə bir sıra qanunlara dəyişiklər müzakirə ediləcək. Bunlar aşağıdakılardır: 


Cinayət Məcəlləsinə dəyişiklik;

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

 

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik;

 

Vergi Məcəlləsinə dəyişiklik;

 

Mülki Məcəlləyə dəyişiklik;

 

“Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik;

 

“Qiymətli kağızlar bazarı  haqqında” qanuna dəyişiklik;

 

“Poçt  haqqında” qanuna dəyişiklik;

 

 “Kommersiya sirri haqqında” qanuna dəyişiklik;

 

 “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik;

 

“Banklar  haqqında” qanuna dəyişiklik;

 

“Bank olmayan kredit təşkilatları  haqqında” qanuna dəyişiklik;

 

“Avtomobil yolları haqqında” qanuna dəyişiklik;

 

 “Reklam haqqında” qanuna dəyişiklik;

 

“Daşınmaz əmlakın dövlət reysteri haqqında” qanuna dəyişiklik;

 

“Notariat haqqında” qanuna dəyişiklik;

 

“Prokurorluq haqqında” qanuna dəyişiklik;

 

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi ilə əlaqədar; 

 

Azərbaycan Respublikasının “Rəşadət ordeni”nin təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında”qanuna dəyişiklik;

 

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik;

 

“Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli  və külii miqdarının sıyahısının təsdiq edilməsi  haqqında” qanun layihəsi;

 

“Narkotik vasitələrin və ya psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanuna dəyişiklik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...