Modern.az

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq? - AÇIQLAMA

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq? - AÇIQLAMA

Təhsil

6 Noyabr 2017, 12:20

Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” 2017-ci il 21 iyun tarixli sərəncamının tətbiqi ilə əlaqədar hər iki universitetin özünüidarə statusunu ləğv edib.


Bu sərəncamın tam detalları nədən ibarətdir?

Modern.az saytı məsələyə aydınlıq gətirməyə çalışıb.

Bakı Dövlət Universiteti rektorunun maliyyə işləri üzrə müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahir Sultanov saytımıza açıqlamasında deyib ki, məsələnin detalları ilə tam olaraq tanış deyilllər.

“2017-ci ilin iyununda İqtisad Universiteti və Bakı Dövlət Universitetinin publik hüquqi şəxsə çevrilməsi haqqında prezident tərəfindən sərəncam imzalanmışdı. Həmin  sərəncama əsasən, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcəkdi. Ola bilsin ki, bu, əvvəlcədən özünüidarəetmə haqqında mövcud qanunvericiliklə ziddiyyət təşkil etdiyindən həmin qərarların işə düşməsi haqqında cənab prezidentin belə sərəncamı olub. Bir qədər əvvələ nəzər salmaq istərdim. Belə ki, 2000-ci ilin 13 iyunundan mərhum prezident Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında sərəncamı vardı. BDU-da o zaman digər ali təhsil müəssisələrindən fərqli olaraq dövlət büdcəsi ayrıca sətirlə maliyyələşməyə keçdi. Bu sistemə sonradan o vaxtkı Azərbaycan Neft Akademiyası, Tibb Universiteti, Kənd Təsərrüfatı Akademiyası da qoşuldu. Onların da dövlət büdcəsindən maliyyələşməsi ayrıca sətirlə qeyd olundu”.

Məzahir Sultanov deyir ki,  2010-cu ildə ali təhsil müəssisələrində özünümaliyyələşdirmə mexanizmi ilə bağlı sərəncam imzalanıb.


“Bu da ali təhsil müəssisəsinin özünümaliyyələşdirməsi üçün müsbət hal idi. Sonra isə 2012-ci ildə özünümaliyyələşdirmə mexanizmi haqqında qanuna dəyişikliklər baş verdi. Burada hər bir tələbəyə çəkilən xərcdən söhbət gedir. İlkin olaraq 2010-cu ildə Nazirlər Kabinetinin bu fərmanından irəli gələn məsələlərə görə tələbələrin illik xərci bizi qane etmirdi. Sonradan bu məsələ yenidən işlənildi və təqaüd ayrıca bir sətirlə dövlət büdcəsindən sifariş əsasında verdilər. Bu vaxt hər tələbəyə çəkilən xərc nisbətən qaldırıldı. Həmin metodla bu günə kimi fəaliyyət göstəririk. Amma o demək deyil ki, biz dövlət büdcəsindən maliyyələşmirik. BDU 2010-cu ildən öz-özünə maliyyələşmə prosesinə qoşulandan dövlət sifarişli tələbə qəbulunun satına görə birinciliyi  əldən verməyib. Çünki Azərbaycan üzrə dövlət sifarişlərinin çoxu bizə gəlir”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir