Modern.az

Putin-Ərdoğan görüşünün gündəmi AÇIQLANDI

Putin-Ərdoğan görüşünün gündəmi AÇIQLANDI

Dünya

6 Noyabr 2017, 17:29

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 13-də Moskvaya səfər edəcək.

 

Modern.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Putinlə görüş zamanı tərəflərin bir çox geosiyasi problemləri müzakirə edəcəyi bildirilir.

 

İlk növbədə, Ərdoğan Suriyada millətləarası dialoq konqresi üçün Soçidə keçiriləcək görüşə “Demokratik İttifaq” (PYD) partiyasının nümayəndələrinin çağırılmasını səbəb göstərib.

 

Bundan öncə, Ankara terror təşkilatı hesab etdiyi PYD nümayəndələrinin bu görüşə çağırılmasını mənfi hal kimi dəyərləndirib. Bundan başqa, Suriya və İraqda terrora qarşı mübarizədə də müzakirə olunacaq.

 

Ərdoğan Moskvadan noyabrın 14-ü Küveytə uçacaq.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır