Modern.az

ABŞ-la Türkiyə arasında viza problemi çözülür

ABŞ-la Türkiyə arasında viza problemi çözülür

6 Noyabr 2017, 20:58

Türkiyə ABŞ vətəndaşlarına viza verilməsini bərpa edir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin ABŞ-dakı diplomatik nümayəndəliyi bu ölkəyə vizalarının verilməsinə başlayıb.

Məlumata görə, ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəliyi də  bu gün “məhdud sayda” vizaların verilməsini bərpa edib. Məlumata görə, Amerika hökuməti bu addımı Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-da səfəri ərəfəsində atmağa qərar verib.

 

B.Yıldırım 7-11 noyabr tarixlərində baş tutacaq səfər zamanı ABŞ-ın vitse-prezidenti Maykl Penslə danışıqlar aparmaq niyyətindədir. Görüşdə həmçinin viza məsələsinin müzakirə olunacağı gözlənilir.

 

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal oktyabrın əvvəlində FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və M.Topuzun saxlanılmasının iki ölkənin tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib. Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?