"Brent" markalı neftin bir barelinin qiyməti 63 dolları ötdü. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Londonun ICE birjasında keçirilən hərracların nəticələrinə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin dəyəri artaraq bir barelə görə 63,03 dollara çatıb.
Qeyd edək ki, sonuncu dəfə neftin bu növünün qiyməti 2015-ci il iyunun 30-da bir barelə görə 62 dollar olub.