Modern.az

“Boko Haram” daha bir şəhəri yandırdı

“Boko Haram” daha bir şəhəri yandırdı

7 Noyabr 2017, 00:04

Nigeriyada azı altı nəfər “Boko Haram” radikal qruplaşmanın hücumunun qurbanı olub. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərgində baş verib.

Məlumata görə, “Boko Haram” qruplaşmasına aid 200-ə yaxın silahlı şəxs ölkənin Borno ştatının paytaxtı Mayduquri şəhərindən 50 km şimal-qərbdə yerləşən Caddannam şəhərinə hücum edib.

Bildirilir ki, hücum edənlər şəhəri yandırıb, qida ehtiyatlarını və mal-qaranı məhv edib. Nəticədə yerli əhali ərzaqsız qalıb.

Yerli məmurlar hökuməti yardım göndərməyə və hücuma məruz qalmış rayonlarda patrul xidməti çəkən əməkdaşların sayını artırmağa çağırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir