19 noyabr 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - Hüquqşünaslar ölkə başçısından kömək istədilər
Hüquqşünaslar ölkə başçısından kömək istədilər
07.11.2017, 08:43

Ali Məhkəmə tərəfindən təqdim olunan və Milli Məclisdə qəbul edilən Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər  qüvvəyə minməsi üçün Azərbaycan Respublikasının Prezidentinə göndərilib. Prezident imzalandıqdan sonra qanun qüvvəyə minəcək.

 Qanunvericiliyə qeyd olunan dəyişikliklərə görə, vətəndaşlar hüquqlarının qorunmasını yalnız yaxın qohumlarına və Vəkillər Kollegiyasının üzvü olan vəkillərə tapşıra biləcəklər. Amma bildirmək lazımdır ki, hazır ki, vəziyyətdə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslər özlərinin hüquqi işlərini etibarnamə əsasında istənilən şəxsə etibarnamə əsasında həvalə edə bilirlər.

Qeyd olunan dəyişiklər 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minəcəyindən praktik olaraq fəaliyyət göstərən hüquqşünaslar bundan sonra daha vətəndaşlara hüquqi xidmət göstərə bilməyəcəklər. Ali hüquq təhsilli hüquqşünasların bir qismi buna qəti şəkildə etiraz edirlər və elə bu səbəbdən də ölkə başçısına müraciət ünvanlamaq qərara gəlib.

Hüquqşünas Ramil Süleymanov Modern.az-a açıqlamasında deyib:

“Bu qanun layihəsi çox təəssüflər olsun ki, Milli Məclisdə qəbul olundu. Qanun layihəsinin əleyhinə əsasən ixtisasca hüquqşünaslar və hüquq sahəsindən az da olsa anlayışı olan millət vəkilləri səs veriblər. Əslində qanunvericilikdə birbaşa göstəriş ondan ibarətdir ki, qanun layihəsi qəbul edilməzdən əvvəl ictimai müzakirə keçirilməlidir və bu sahənin bilən şəxsləri, alimlər və digər elm adamları ciddi şəkildə müzakirələrdən sonra qanun layihəsi barədə öz rəyini verməlidir. Belə demək mümkünsə, ciddi dəyişiklik nəzərdə tutan qanun layihəsinin kampaniyası aparılmalıdır. Amma təəssüf ki, digər millət vəkilləri məsələnin mahiyyətinə varmadan qanun layihəsinin lehinə səs verdi. İndi isə bu qanun layihəsinin qüvvəyə minməsi ölkə başçısının imzasından asılı olduğu üçün bir qrup praktik fəaliyyətlə məşğul olan hüquqşünas, məsələnin  ciddiyyətini dərk edən vəkil və ictimai fəal şəxslər bir araya gələrək, müraciət ünvanlamaq qərarına gəldik. 

Praktik hüquqşünaslar vergi orqanında qeydiyyatdan keçməklə həm vergilərini ödəyirdilər, həm ailələrinin maddi ehtiyaclarını qarşılayırdılar, həm də, vətəndaşların hüquqi yardımını həyata keçirirlər. Əlbəttə, bu sahədə müəyyən işbazlar, vətəndaşlara kələk gələn dələduzlar, qeyri-hüquqşünas şəxslər də var. Amma bunun qarşısını bu şəkildə almaq düzgün yanaşma deyil. Çünki indi ki, halda  Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi 934 nəfər üzvü var ki, bunların təxminən 100-ə yaxını müxtəlif səbəblərdən  fəaliyyətlərini dayandırıb.  Təxmini 230-a yaxın vəkil regionlarda fəaliyyət göstərirlər. Elektron Məhkəmə sisteminə qoşulmuş məhkəmələrdə hal-hazırda 370.000-dən çox mülki, cinayət və inzibati iş mövcuddur. Elektron məhkəmə sisteminə qoşulmayan məhkəmələrdə də elə bir o qədər də mövcuddur. Belə olan halda sual yaranır ki, vəkillər bu qədər iş yükünü  necə idarə edəcəklər. Ölkədə hüquqi yardım tam çökəcək. Nisbətən kasıb insanlar isə ümümiyyətlə hüquqları ola-ola hüquqi müdafiəsiz qalacaqlar. Bu da əlbəttə ki, ciddi narazılıqlara səbəb olacaq və məhkəmələr də korrupsiya hallarının artmasına zəmin yaradacaq. Bir daha qeyd edirəm ki, bu ölkədə ciddi narazılıqların yaranmasına gətirib çıxaracaq. Ona görə də müraciətimizdə ölkə başçısından qanun layihəsini imzalamamağa çağırış edirik”.

Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, müraciəti 70 nəfər praktik fəaliyyətlə məşğul olan hüquqşünas, vəkil və ictimai fəal şəxslər imzalayıb.
 

Hüquqşünaslar çıxış yolu da təqdim edirlər. Bunlar aşağıdakılardır:


1. Mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti ali təhsilli hüquqşünaslara aid olmalıdır. Vəkillər Kollegiyası üzvləri bu səlahiyyəti vəkil vəsiqəsi, order və bunlar əsasında alınmış etibarnamə əsasında icra etməlidir. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar bu səlahiyyəti ali hüquq təhsil diplomu və bunun əsasında alınmış etibarnamə əsasında icra etməlidir buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti  haqqında” Qanuna müvafiq dəyişikliklər edilməlidir;


2. Notariuslar məhkəmə işləri üzrə etibarnamə vermək istəyən şəxslərdən əgər etibar edilən şəxs vəkildirsə etibar edilənin şəxsiyyət vəsiqəsinin, vəkil vəsiqəsinin və müvafiq orderin surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir. Əgər etibar edilən şəxs Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasdırsa, etibarnamə vermək istəyən şəxsdən etibar edilənin şəxsiyyət vəsiqəsinin və ali hüquq təhsili barədə  diplomunun surətini tələb etməli və bunun əsasında etibarnamə verməlidir – qeyd edilən qanunlarla bərabər Notariat haqqında qanuna dəyişiklik edilməlidir;

           
3. Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünaslar şəxslərə göstərdikləri hüquqi xidmət üzrə tapşırıq müqavilələrini sadə yazılı formada bağlamalıdır. Hüquqşünas tərəfindən belə müqavilənin bağlanılmaması həmin fərdi hüquqşünas yaxud hüquqi şəxs üçün inzibati xəta tərkibi yaratmalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməlidir;


4. Hüquqi tapşırıq müqaviləsinin bədniyyətlə (vicdansızcasına) icra edilməməsinə görə hüquqşünas tam maddi məsuliyyət daşımalıdır – buna uyğun olaraq Mülki Məcəllə, tapşırıq müqaviləsi fəslinə dəyişiklik edilməlidir;


5. Hüquqşünas nümayəndələrin Ali Məhkəmədə nümayəndə kimi çıxış edə bilməsi üçün vəkilin məcburi iştirakı tələbi aradan qaldırılmalıdır – buna uyğun olaraq Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməlidir;


6. Fərdi hüquqşünaslar və hüquqi xidmət göstərən hüquqi şəxslərin müvəkillərinin işləri üzrə sorğularına dövlət orqanları tərəfindən cavab verilməsinə dair qayda müəyyən edilməlidir – İnzibati icraat haqqında Qanuna dəyişiklik edilməlidir;


7. Fərdi hüquqşünaslar Vergilər Nazirliyində VÖEN qeydiyyatından keçərkən diplomlarının surətini təqdim etməlidir. Eyni qayda hüquqi xidmət göstərən hüquqi şəxslərin və digər hüquqi şəxslərin hüquqşünas vəzifəsində olan işçilərinə də aid edilməlidir – Vergi Məcəlləsi və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir.


Bundan başqa hüquqşünaslar Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova da müraciət ünvanlayıblar. Buna qədər isə məlumat əldə olunan kimi dərhal Milli Məclisdə bir sıra deputatlarla görüşlər keçirilib. Lakin həmin millət vəkilləri bu qanun layihəsinin qəbul edilməsinə öz təəssüflərini açıq-aşkar həm şifahi şəkildə hüquqşünaslara həm də KİV ilə ictimaiyyətə bildiriblər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi   
18.11.2017, 21:08

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi  

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

ARXİV