Modern.az

Azərbaycanda kərə yağı ucuzlaşa bilər

Azərbaycanda kərə yağı ucuzlaşa bilər

İqtisadiyyat

7 Noyabr 2017, 09:37

Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır.

 Modern.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycana idxal olunan kərə yağlar, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-ədək azaldılıb.

 

Qərar dərc edildikdən sonra 30 gün ərzində qüvvəyə minir və 2019-ci il dekabrın 31-dək qüvvədə qalır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir