23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - “Aprel şəhidi”nin sevdiyi xanım: “Babəkə görə neçə elçiyə “yox” demişdim” - Nakam sevginin DASTANI  
“Aprel şəhidi”nin sevdiyi xanım: “Babəkə görə neçə elçiyə “yox” demişdim” - Nakam sevginin DASTANI   +
07.11.2017, 11:42

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Budəfəki müsahibimiz Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Aprel döyüşləri” zamanı qəhrəmancasına şəhid olmuş Babək Abidovun istəklisi olmuş xanımdır.

Qısa arayış:
  Babək Vəfadar oğlu Abidov  3 may 1992-ci ildə Şabran rayonunda anadan olub.  

Kiçik gizir Babək Abidov 2016-cı ilin aprel ayında baş vermiş şiddətli döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Aprelin 9-u isə Babək Abidov doğulduğu Şabran rayonunun Zeyvə kəndində son mənzilə yola salınıb. O, ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Baş tutmayan elçilik

Babək Abidovun sevdiyi xanımla söhbət o qədər də asan deyildi. Leyli xanım öncə atasının razılıq vermədiyi evliliyə, sonradan Allahın da icazə vermədiyini təəssüflə qeyd edib.

“Babəklə bir-birimizi sevməyimizin 4-cü ili tamam olacaqdı. Amma bizim sevgimizə atam heç cür razılıq vermirdi. Babəkin hərbçi olmağı atamın ürəyincə deyildi. O da bunu bilirdi. Babəkin ailəsi bizə elçi gələndə atam onun ordudan tərxis olunmasını rica etmişdi. Babəkin ordudan birdəfəlik tərxis olunub qayıdacağı gün bizim nişanlanmağımıza icazə verəcəyini demişdi. Atam Babəkin orduda olmasından çox qorxurdu. Babək də söz vermişdi ki, 5 illik müqaviləsi bitən kimi ordudan ayrılıb  aramıza dönəcək. Biz də uzun mücadilədən sonra atamı yola gətirdik. Elə oldu ki, bizim elçiliyimizin “hə” mərasimi başqa səbəbdən təxirə salındı. Babəkin ana nənəsi rəhmətə getmişdi. Nənəsinin 40-ı çıxan kimi elçilik olmalı idi. Yenə elə alındı ki, müharibə mövzusu ortaya atıldı. Aprel hadisələri ərəfəsində Babək mənə zəng edib dedi ki, “ay Leyli, bu elçilik məsələsi hələ qalsın. Biz o tərəflərə getməliyik”. Hətta mənimlə halallaşaraq,  “mənə bir şey olsa, qorxma” dedi. Babək çox ağır döyüşlərdə olub. Heç vaxt bu cür ümidsiz olmamışdım. 2016-cı ilin 27-si martında mənimlə halallaşdı. Amma heç getmək istəmirdi. Elə hey baxırdı. Soruşdum “Babək niyə getmirsən?”. “İçimdə nəsə bir qorxu var” cavabını verdi. Mən də narahat olmamasını, tezliklə qayıdacağını söylədim. Sonuncu gedişi zamanı çox ümidsiz idi. Hətta mənə söylədi ki, “mənə bir şey olsa, telefonu arxadakı uşaqlara verəcəm”. Çünki telefonunun koduna  mənim adımın baş hərfi və doğum tariximin ilini yazmışdı. Sonradan döyüş yoldaşı danışırdı ki, Babək ona nəsə olacağı təqdirdə həmin kodla telefona cavab vermələrini rica edib”.

“Siyahıda başqa Babək adını görəndə sevindim”


Şəhidimizin sevdiyi xanım “təki Babək şikəst gələydi, ama həyatda qalaydı” arzusunu dilə gətirib.

“Babək şəhid olanda ata-anası ilə dalaşdım ki, niyə tabutu açıb baxmadız?! Bəlkə heç Babək deyildi. Babəkin cənazəsi gətiriləndən 2 saat sonra rayona getdim. Gördüm ki, hər yerə qərənfillər düzüblər, hər tərəf qaraya bürünüb. Həmin vaxt özüm də hiss etmədən qəbri qazmışam. Bibisi də torpaqdan bir ovuc götürüb kürəyimə töküb ki, özümə gəlim. Danışdıqca, o günlər yadıma düşür. 2016-cı ilin 31 martından 3 aprelinə qədər gözümə yuxu getmədi. Nə yemək yeyir, nə də su içirdim. Hər namaz vaxtı üzü qibləyə dayanıb Allaha yalvarırdım ki, heç olmasa Babək üstümə şikəst gəlsin, ya qolunu, ya da ayağını itirsin. Amma nəfəsi gəlsin. Sonra bacısının yoldaşı ilə əlaqə saxladım. İş yoldaşımı da götürüb hospitala yollandım. Siyahıya baxanda Babək adında başqa birisi vardı. Sevindim. Amma əlaqə yarada bilmədikcə, narahatlığım daha da artırdı. Dərhal rayondakı bibim oğluna dedim ki, Tərtərə getsin və mənə Babəkin sağ olması xəbərini desin. Heç demə, Babəkin şəkli şəhid olanların siyahısında imiş. Həyatın yazılmamış qanunları varmış. Tez-tez Babəkin ata-anasından “Babəkdən xəbər yoxdumu” deyə soruşurdum. Hətta bir dəfə əsəbləşib dedim ki, “necə ata-anasınız. Gedin oğlunuzu axtarın da!””.
 



“Bəs Allah sevən ürəyə necə qıydı?!”

Leyli xanım Babəkin ürəyinə dəyən qəlpə yarasını heç vaxt unuda bilməyəcəyini bildirir.


“İnsan çox vaxt çarəsiz qalır. Babəkin meyiti düşmənlə aramızdakı neytral zonada. Digər xüsusi təyinatlı döyüşçümüz Mühüd də onun yanında həlak olmuşdu. Onları götürə bilmirdilər. Çünki oralar minalı ərazi olduğundan kimsə o meyitlərə yaxın gedə bilmirdi. Babəkin əli-ayağı yerində olub. Sadəcə, ürəyinə erməni qəlpəsi dəymişdi. Mənə indi də təsir edən Babəkin ürəyinin yaralanmasıdır. Qurban olum Allaha, bəs onun o boyda sevən ürəyini niyə belə yaraladı?! Amma onun şəhidlik zirvəsinə yüksəldiyini düşündükcə, qürur duyuram.

Babək şəhid olan günü - aprelin 3-ü gecə yuxu gördüm. Babək  üçrəngli bayrağımızı götürüb qarın üzərində hərbi geyimdə dayanmışdı. Məni də çağırırdı. Həmin yer çox hündürdəydi. “Leyli bax, gör, hardayam” söyləyirdi. Gah bayrağı götürür, gah da qarın üzərinə uzanıb bayrağı üstünə örtürdü. Mənə baxıb “niyə sevinmirsən?!” deyirdi. Yuxudan ayılanda ürəyimə damdı ki, Babək şəhid olub”.


Yarımçıq qalan xəyallar

Şəhidimizin istəklisi Babəklə olan arzularından da söz açıb. Nə arzular yarımçıq qalıbmış...

“Babək sağlığında mənə bir gəlincik almışdı. Onu hələ də şkafımda saxlayıram. Mənim də ona aldıqlarımın hamısı otağında durur. Babəklə bir-birimizi az-az görürdük. O, daim səngərlərdə, təlimlərdə olurdu. Onu az-az görsəm də, elə bilirdim ki, 5-10 dəqiqəmiz 10 ilə bərabərdir. Heç sevgimiz başacan olmadı. Yarımçıq qaldı. Fevralın 14-də gedib mətbəx mebeli sifariş edib gətizdirdi. Mənə demişdi ki, evin dizaynını sən ver, mebeli özüm yığaram. Mətbəx mebelinin şəklini mənə çəkib göndərdi ki, “bəyəndin?!”. Ordudan tərxis olunub evlənəcəkdi. Qismət olmadı. Həmin mətbəx mebeli heç bağlamadan açılmayıb. Babəkdən ötrü o qədər çox darıxıram ki! Bilsəm ki, o, qayıdacaq, hər şeyimi qurban verərəm. Onu çox sevirdim. Həyatda ancaq onu axtarıram. Babəkə olan sevgim günü-gündən artır. Silahlı Qüvvələr günündə, doğum günündə gedib onu məzarı üzərində yad etmişəm. Bununla sakitlik tapıram. Hətta anam deyir ki, özünü bu sevgi ilə xəstəliyə salma. Amma nə edim ki, alınmır. Bu sevginin qovuşmasına o dərəcədə ehtiyacım var ki! Atam mənə görə çox əzab çəkir. Yuxumda da Babəkin adını sayıqlayıram. Axı, onu canımdan çox sevmişdim. Niyə belə oldu?! Onun telefonu da məndədir. Bir dəfə yuxuda gördüm ki, telefonunun niyə məndə olmadığını  soruşur. “Sənə zəng edirəm, cavab vermirsən” deyirdi. Yuxudan ayılan kimi gedib ailəsindən telefonunu aldım. Babəkin bir sözü mənə çox pis təsir edir. Həmişə deyirdi ki, “bir sənə, bir də anama yazığım gəlir. Bacım-qardaşım nəyləsə başını qatacaq, amma siz yox”. İnsan itkisini  3-cü dəfə yaşadım. Qarabağlı olduğumdan 2 əmim oğlu şəhid olub. Birinin qız toyu olmuşdu. Qırmızı yaylığı məzarının başına bağlamışdılar. Atamın gözü ona görə qorxmuşdu”.

İlk tanışlıq, ilk sevgi...

Leyli xanım deyir ki, ilk vaxtlarda bu sevgiyə etiraz edib.

“Tibb Universitetini yenicə bitirib həkim kimi fəaliyyətə başlamışdım. Babək də həmin vaxtlarda ilk xəstəm olub. Həkim yoldaşım onların ailə həkimi idi. Babək də müayinəyə gələndə ultrasəs həkimi olduğumdan o, Babəki mənə yönləndirmişdi. Heç demə, Babək mənə elə o gün aşiq olubmuş. Amma heç xəbərim olmamışdı. Bir müddətdən sonra sevgi etirafını bildirəndə, mən etiraz etdim. Məndən yaşca kiçik olduğunu söylədim. Aramızda 8 yaş fərqimiz vardı. Amma Babək sözündən dönmədi. “Həkim hara, hərbçi hara!. Uyğunluq yoxdur” desəm də, alınmadı. Ondan uzaqlaşmağa çalışsam da, Babək əl çəkmədi. Babək xarici görünüşcə iri gövdəli olmaqla yanaşı, fikirləri və dünyagörüşü də daha zəngin idi. Ona görə də o, xüsusi təyinatlılarda xidmət edirdi. Həm də Babək fərqli xarakterə, yüksək tərbiyəyə malik idi. Böyük-kiçik yerini çox yaxşı bilirdi.

Bu yaxınlarda Babək üçün xalça sifariş vermişəm. Həmin xalçanı rayona-anasıgilə aparacam. Babək Şabrandan idi. Mən ağdamlı olduğumdan həmişə deyirdi ki, “siz tərəfə gedirəm. Torpaqları işğaldan azad edib, sənin ata evinə gedəcəm”. Babək mənim üçün başqa bir dünyanın insanı idi. Məhz onu sevdiyimə görə, nə qədər elçilərə “yox” cavabı vermişəm. Bir-birimizə qismət olmadıq. Allah taleyimizi bir-birimizə yazmadı. Həmişə deyirdim ki, çox xoşbəxtəm, qarşıma o cür oğlan çıxıb. Qızlar var ki, ya narkomanı ya da oğrunu sevir. Fəxrlə deyirəm ki, şükür Allaha, nə yaxşı, elə sevdiyim insan olub. Onun ailəsi də çox gözəl insanlardır. Babək ilk dəfə müayinə edəndə çox aqressiv cavab versəm də, o mənə bir kəlmə belə artıq söz deməmişdi. Sonralar deyirdi ki, mənə elə vurulubmuş ki, ağrılarını belə unudubmuş. Hətta, düz bir il o məni izləməklə məşğul olub. Hara gedib-gəldiyimdən tutmuş, ətrafımın kimlərdən ibarət olduğuna qədər araşdırıb. Mənə həmişə deyirdi ki, “sən mənim kişi qeyrətlimsən”.

 

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

ARXİV