Modern.az

Əziz Rzazadə: “Allah o arxada qalan dövrə lənət eləsin...” - Ad günü TƏƏSSÜRATI  

Əziz Rzazadə: “Allah o arxada qalan dövrə lənət eləsin...” - Ad günü TƏƏSSÜRATI   

Media

7 Noyabr 2017, 15:09

Bu gün yazıçı-jurnalist Əziz Rzazadənin doğum günüdür. O, 54 yaşını qeyd edir.

Əziz Rzazadə 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, elə həmin il "7 Gün" qəzetinin redaktoru vəzifəsinə işə qəbul olunub. Əziz Rzazadə müxtəlif dövrlərdə bir sıra qəzetlərdə redaktor və baş redaktor vəzifəsində işləyib.

Jurnalist Markesin "Vəba günlərində eşq", "Qaçırılma", "Eşq və başqa cinlər", "Hüznlü fahişələrim" kitablarını, Emili. L. Ceymsin "Bozun 50 çaları" və "Zülmətin 50 çaları" və s. povest və hekayələri tərcümə edib.

Əziz Rzazadənin özünün "Şəbəkə" adlı romanı da çapdan çıxıb.

Modern.az saytı jurnalistin doğum günü təəssüratlarını öyrənib və ömrünün 54 ilini necə analiz etdiyi haqqında həmsöhbət olub:

“Ustanı bu dəqiqə yola salmışam. Yəni doğum günümdə necə deyərlər, ustalarla əlləşirəm. Vallah hələ oturub ömrümün, həyatımın necə keçməyi haqqında nəsə fikirləşməmişəm.  Ömrümün yarısı sovet, yarısı da müstəqillik illərində keçib. Allah o arxada qalan dövrə lənət eləsin, ondan yaxşı heç nə görmədik. İndi nə qədər çətin olsa da, yenə özümüzük. Öz başımız, öz əlimizdir. Buna da min şükür”.

Əziz Rzazadə uzun müddət Modern.az saytının redaktoru kimi fəaliyyət göstərib. O, həmçinin hazırda nə işlə məşğul olduğundan da söz açıb:

“Bizim bir çörək ağacımız var, o da qələmimizdir. Hara getsək də, qələmlə pul qazanırıq. Hazırda Strateq.az saytı ilə əməkdaşlıq edirəm. Təbii, yazı-pozu da öz yerindədir. Lakin ədəbiyyata lazimi qədər vaxt ayıra bilmirəm. Bu dəqiqə vaxt mənim üçün ən çətin tapılan şeydir və qiymətlidir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!