Modern.az

Yeni sayt təqdim olundu – huner.info

Yeni sayt təqdim olundu – huner.info

7 Noyabr 2017, 17:33

Bu gün Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyində  Əsgər Ailəsi Cəmiyyətinin yaradılmasının 25 illiyi qeyd olunub.  Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə yaradılmış Huner.info saytı təqdim olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə ehtiyata buraxılmış hərbçilər, QHT nümayəndələri iştirak edib. 

 

Tədbirdə çıxış edən Əsgər Ailəsi Cəmiyyətinin sədri Roza Əliqızı bildirib ki, o cəbhəyə gedən ilk jurnalistlərdən olub. 

“1988-ci ildən cəbhə bölgəsinə getmişəm. O vaxt poçt, rabitə yox idi. Mən gedib əsgərlərdən məktub toplayardım, onların valideynlərinə,valideynlərindən aldığım məktubları isə əsgərlərə çatdırırdım.  Gördüyüm işlərə nəzər saldıqdan sonra düşündüm ki, təşkilat yaradım. Hərbidən ehtiyata çıxandan sonra 1992-ci ci ildə Əsgər Ailəsi Cəmiyyətini yaratdım. Bu təşkilat Azərbaycanda yaradılan ilk QHT-lərdəndir.  İllərimi bu cəmiyyətə həsr elədim. Bölgələrdə, əsgərlərin yanında çox işlər görmüşük. Vətənpərvərlik işlərində xeyli addımlar atdıq”.

Tədbirin sonunda Roza Əliqiızına medal və fəxri fərmanlar təqdim olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi