Modern.az

Azərbaycan nefti bir qədər də bahalaşdı

Azərbaycan nefti bir qədər də bahalaşdı

7 Noyabr 2017, 23:34

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,58 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 61,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-da 64,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,75 dollar/barel çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi