Modern.az

Şahzadənin ölümü təkzib olundu

Şahzadənin ölümü təkzib olundu

8 Noyabr 2017, 01:00

Səudiyyə Ərəbistanının hakimiyyəti polislərin keçirdiyi “saxlanılma əməliyyatı” zamanı şahzadələrdən birinin həlak olması haqda xəbəri təkzib edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, öldürüldüyü bildirilən şahzadənin həyatda olduğu vurğulanır.

 

Məlumata görə, yerli KİV-lər müqavimət vaxtı atışma nəticəsində öldürüldüyünü bildirilən Səudiyyə şahzadəsi sağdır.

 

Yerli KİV daha əvvəl bəyan etmişdi ki, 44 yaşlı şahzadə Əbdül Əziz bin Fəhd onu həbs etməyə çalışan polislər tərəfindən güllələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir