Modern.az

Ermənistanda demoqrafik BÖHRAN: “Əhali 15 ildə 228 min nəfər azalıb”

Ermənistanda demoqrafik BÖHRAN: “Əhali 15 ildə 228 min nəfər azalıb”

8 Noyabr 2017, 10:37

Ermənistanın daimi əhalisi 2001-2016-cı illərdə 228,7 min nəfər azalıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Xidmətinin açıqlamasında deylir. Azalma şəhər əhalisi arasında 181,7 min nəfər, kənd əhalisi arasında isə 46,9 min nəfər təşkil edib.

 

Statistikaya əsasən,  əhalinin azalma tendensiyası 2003-cü ildə stabilləşib, lakin 2012-ci ildən sonra pisləşməyə doğru dəyişib.

 

Ölkədə hər 1000 nəfərə doğum göstərici də aşağı olduğu üçün (220 ölkə arasında 170-ci yer) orta yaş həddi və əhalinin sürətlə qocalması halları geniş yayılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir