Modern.az

Neft buruğunda yaralanan iki neftçidən biri öldü  

Neft buruğunda yaralanan iki neftçidən biri öldü   

Aktual

8 Noyabr 2017, 11:39

Bir neçə gün öncə - noyabrın 3-də Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı baş vermiş qəzada yaralanan neftçilərdən biri bu gün ölüb.

Vəfat edən neftçi 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğludur.


Bu barədə Modern.az-a Fikrət Gözəlovun yaxınları məlumat verib.


Bildirilib ki, noyabrın 3-dən komada olan Fikrət Gözəlov bu gün saat 6 radələrində vəfat edib. Yaxınlarının sözlərinə görə, Fikrət Gözəlovun bir oğlu var. Ailə bir həftə sonra hərbi xidmətdə olan övladlarının andiçmə mərasiminə qatılmaq üçün hazırlaşırmış.


Qeyd edək ki, 3 noyabr taxində“Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Nəticədə Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğlu və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğlu xəsarət almışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub