Modern.az

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunda yoxlamalara başlayır

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunda yoxlamalara başlayır

8 Noyabr 2017, 16:39

Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunda yoxlamalara başlayır.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Palatanın mətbuat katibi Nailə Məhərrəmova bildirib.

N.Məhərrəmova qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondunda auditin keçirilməsi Hesablama Palatasının 2017-ci il üçün İş Planında nəzərdə tutulub:

 

“Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətlərinə kompensasiyaların ödənilməsi ilə bağlı nəzarət tədbirləri müvafiq qaydada başlanılıb və hazırda davam etməkdədir”.

Qurum rəsmisi bildirib ki, nəzarət tədbirinin nəticələri müvafiq surətdə rəsmiləşdirildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.

 

Noyabrın 7-də parlamentdə 2018-ci ilin büdcə layihəsinin müzakirələri zamanı deputat Vahid Əhmədov Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamağı xahiş edib.

“"Bank Standard" bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən 500 milyon manat Əmanətlərin Sığortalanması Fonduna vəsait ayırdıq.

 

Hesablama Palatasından xahiş edirəm ki, bu 500 milyon manatın necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir", - deyə o vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir