22 iyun 2018, Cümə
Ana Səhifə - PARLAMENT - Deputatın, polis rəisinin, prokurorun, hakimin MAAŞI...  
Deputatın, polis rəisinin, prokurorun, hakimin MAAŞI...  
08.11.2017, 17:35

Noyabrın 7-də Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. 

Hətta deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olduğu bildirildi.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Deputat bildirib ki, parlamentin bir neçə komitəsinin birgə iclaslarında  2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi  müzakirəyə çıxarılıb.

“Bu müzakirələrdə deputatlarla yanaşı, müvafiq qurumların rəhbərləri, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər vəzifəli şəxslər iştirak edib. Parlamentin bütün iclaslarında deputatların  fikir ifadə etmək hüququ sərbəstdir.  Bu iclaslarda hər bir deputat təhlillərinə uyğun olaraq fikir formalaşdırır. Dünən Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. Doğrudan da Azərbaycan Milli Məclisinin deputatlarının maaşı digər dövlətlərlə müqayisədə aşağıdır. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində ölkəmizə gələn gəlirlərin azalmasını nəzərə alsaq, deputatların maaşlarının artırılması məsələsinin müzakirə olunmasını bir az real hesab etmirəm. Amma belə bir artım olacaqsa, buna sevinəcəm”.


Ç.Qənizadə deyib ki,  sosial şəbəkələrdə “deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olması” fikrindən istifadə edən bəzi şəxslər bu qurumlar haqqında neqativ fikirlər formalaşdırmaq istəyirlər.

“Çox təəssüflər olsun ki, bəzi şəxslər də onların bu fikirlərinə rəy bildirirlər və paylaşırlar. Bu gün müstəqil Azərbaycanın hər bir bölgəsində təhlükəsizlik şəraitndə, azad,  rahat şəkildə hərəkət edə biliriksə və olduğumuz yerdə ictimai asayiş çox yüksək şəkildə qorunursa, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik. Eyni zamanda pozulmuş hüquq və azadlıqlarımızın qorunması üçün onlara müraciət edirik. Çünki Konstitusiya ilə hüquq və azadlıqlarımızın qorunmasının təminatı bu orqanlara tapşırılıb. Bu orqanlar da bizim hüquq və azadlıqlarımızın qorunmasına daim diqqət yetirirlər”.

 

Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarında çalışan şəxslərin əmək haqları barədə  məlumatlı  olduğunu qeyd edib.

“Hər hansı bir rayon polis rəisinin aylıq məvacibi 1000 manat civarındadır.  Bu onun xidməti, yaşı və həmin orqanda nə qədər  işləməsi ilə bağlı 1000-1200 manat arası dəyişə bilər. Eyni zamanda, məhkəmə hakimiyyətində olub, 17 il  hakim işləyən şəxsin əmək haqqı 1450 manat civarındadır. Bildiyimiz kimi, xidmət keçmə ilə bağlı həmin şəxslərin maaşları hər 5 ildən bir 15 faiz artır.
Rayonlardakı prokurorların əmək haqqı isə əhalinin sayına görə tənzimlənir. 100-150 min əhalisi olan bir rayonda prokurorun aylıq əmək haqqı 1350 manatdır. 150 mindən çox əhalisi olan rayonlarda işləyən prokurorların əmək haqqı 1375 manatdır. Dövlətin gəlirləri çox olduğu təqdirdə  bu qurumların həm sıravi, həm də rəhbər heyətinin əmək haqlarının artırılmasını arzu edərdim.  Çünki biz ölkədə sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin aparılması istiqamətində uğurlu nəticələr əldə edən bu qurumların əməyinə, zəhmətinə qiymət vermədən, onlardan nəisə tələb edə bilmərik. Qeyd edim ki, hər üç hüquq-mühafizə orqanlarının yerlərdəki rəhbər nümayəndələri xidmət keçdikləri ərazilərdə yaşamaq üçün kirayə haqqı da ödəyirlər. Ümid edirəm ki, dövlət büdcəsinin gəlirləri gələcəkdə artıqdan sonra bu qurumların əməkdaşlarının  əmək haqqılarının artması məqsədə uyğun olardı”.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini - 85 faizini alır. 

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.

“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət ver

Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
sexran aliyev
08.11.2017, 18:03

bu deputatin bir saatda xercladiyi puldur

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb
22.06.2018, 20:31

ABŞ Şimali Koreyaya qarşı sanksiya müddətini uzadıb

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev
22.06.2018, 20:12

“Dövlətlər vətəndaş cəmiyyəti arasında etimad mühiti yaranıb” – Azay Quliyev

Şirvan sakini qətlə yetirildi
22.06.2018, 20:04

Şirvan sakini qətlə yetirildi

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb
22.06.2018, 20:00

Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

Dolların sabaha olan məzənnəsi
22.06.2018, 19:55

Dolların sabaha olan məzənnəsi

Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib
22.06.2018, 19:51

Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb
22.06.2018, 19:41

Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB
22.06.2018, 19:32

Prezident AİB İdarə Heyəti Şurası üzvlərini qəbul edib - YENİLƏNİB

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı  müəyyənləşdi
22.06.2018, 19:21

İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisası üzrə minimum keçid balı  müəyyənləşdi

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"   
22.06.2018, 19:09

Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"  

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"
22.06.2018, 19:01

Rektor: "İlahiyyat İnstitutuna ilk tədris ilində tələbə qəbulu üçün 60 plan yeri ayrılıb"

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"
22.06.2018, 18:54

Ərdoğandan ANONS: "Seçkilərdən sonra bir sıra nazirliklər birləşdiriləcək"

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü
22.06.2018, 18:45

Musiqi Kollecinin direktoru yol qəzasına düşdü

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib
22.06.2018, 18:41

Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib
22.06.2018, 18:35

Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

MDB-nin ən kasıb ölkələri məlum oldu   
22.06.2018, 18:24

MDB-nin ən kasıb ölkələri məlum oldu  

Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə keçirilib
22.06.2018, 18:18

Baş nazir yanında pambıqçılığın inkişafına dair müşavirə keçirilib

“QHT Şurası unikal bir qurumdur”   
22.06.2018, 18:12

“QHT Şurası unikal bir qurumdur”  

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanacaq"
22.06.2018, 18:10

Elmar Məmmədyarov: "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi imzalanacaq"

Azərbaycan alimi  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib    
22.06.2018, 18:02

Azərbaycan alimi  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib  

Dünya Çempionatı-2018: Braziliya çətinliklə qələbə qazandı   
22.06.2018, 17:59

Dünya Çempionatı-2018: Braziliya çətinliklə qələbə qazandı  

Rusiya Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiqlədi
22.06.2018, 17:57

Rusiya Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiqlədi

Beynəlxalq layihədə “İrəli” gəncləri  
22.06.2018, 17:55

Beynəlxalq layihədə “İrəli” gəncləri  

Müəllimlər müəllimi - Asif Cahangirov
22.06.2018, 17:52

Müəllimlər müəllimi - Asif Cahangirov

Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək
22.06.2018, 17:39

Yeni nəsil şəxsiyyət vəsiqələri sentyabrın 1-dən veriləcək

OPEK neft hasilatı ilə bağlı yeni razılıq ƏLDƏ ETDİ
22.06.2018, 17:36

OPEK neft hasilatı ilə bağlı yeni razılıq ƏLDƏ ETDİ

Nazir İnam Kərimov şikayətləri dinlədi
22.06.2018, 17:34

Nazir İnam Kərimov şikayətləri dinlədi

Prezident avtomobil yolunun tikintisinə 8.9 milyon manat ayırdı
22.06.2018, 17:31

Prezident avtomobil yolunun tikintisinə 8.9 milyon manat ayırdı

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
22.06.2018, 17:27

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib
22.06.2018, 17:26

Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib

Göyçayda selin dağıtdığı köpü bərpa olundu
22.06.2018, 17:17

Göyçayda selin dağıtdığı köpü bərpa olundu

Jurnalistlər üçün daha bir MÜSABİQƏ
22.06.2018, 17:14

Jurnalistlər üçün daha bir MÜSABİQƏ

Ərəblərin Azərbaycana axını güclənib - STATİSTİKA
22.06.2018, 17:11

Ərəblərin Azərbaycana axını güclənib - STATİSTİKA

İlham Əliyev Asiya İnkişaf Bankının üzvlərini qəbul edib
22.06.2018, 17:08

İlham Əliyev Asiya İnkişaf Bankının üzvlərini qəbul edib

Rusiyada “quş qripi” aşkarlandı
22.06.2018, 16:49

Rusiyada quş qripi aşkarlandı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(13.4%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.80%)
Portuqaliya(12.3%)
İspaniya(5.05%)
Fransa(4.49%)
Belçika(2.24%)
Seneqal(3.37%)
Rusiya(21.3%)