Modern.az

Rusiyada avtoqəza: 13 uşaq yaralandı

Rusiyada avtoqəza: 13 uşaq yaralandı

8 Noyabr 2017, 20:31

Rusiyanın Yaroslavl şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

 

Modern.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Yaroslavl vilayətinin Rostov rayonu ərazisində məktəbli uşaqları daşıyan avtobus minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində avtobusun sürücüsü və 13 uşaq müxtəlif dərəcəli xəsarət alıblar. Məlumata görə, avtobusda 44 sərnişin olub, onların əksəriyyəti  Moskvaya ekskursiyaya gedən uşaqlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?