23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Tələbələrin mənzil PROBLEMİ...
Tələbələrin mənzil PROBLEMİ...
09.11.2017, 10:29

Ali məktəbə qəbul olan tələbələrin kirayə mənzil problemi hər zaman aktualdır. Ümumilikdə tələbə üçün yataqxana həm maddi, həm də vaxt itkisi baxımından əlverişlidir. Azərbaycanda yataqxanalar üçün illik ödəniş 300-600 manat arasında dəyişir ki, bu da mənzil kirayələyib, aylıq ödəniş etməkdən daha sərfəlidir. Hazırda ali məktəblərin yataqxanalarında yerlərin azlığı ciddi məsələdir.

 

Kirayə mənzil axtaran tələbələr öz ciblərinə uyğun rahat şəraiti olan mənzil tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti, adətən, 300 - 400 manat arasında dəyişir ki, bu da bölgələrdən Bakıya üz tutmuş tələbələrin cibinə uyğun deyil. Dəllallar qeyd edirlər ki, universitetlərə yaxın ərazidə yerləşən kirayə mənzillərin qiyməti isə daha baha olur.

 

Modern.az saytı tələbələrin mənzil problemi ilə bağlı sorğu aparıb.

 

Bakı Dövlət Universitetin 4-cü kurs tələbəsi Nəzrin Abdullayeva bildirib ki, iki otaqlı kirayə ev axtarır. Amma 300 manata normal şəraiti olan ev tapa bilmir.

 

“Bunun qiyməti 300-400 manat arasında dəyişir, buna isə imkanım çatmır. Ev yiyəsi ilə problemimiz onda yaranır ki, ev yiyəsi əvvəldə verdiyi sözlərə sonradan əməl etmir. Kirayə qalanların sayı artsa da, ödənişi azaltmır. Evi biz kirayələmişiksə, ev daha bizim məsuliyyətimizdədir. Hər gün gəlib yoxlaması, nəzarət etməsi bizi narahat edir.”

 

Ekspertlər qeyd edirlər ki, əksər hallarda mənzili kirayələyərkən kirayəyə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Qısa müddətdə isə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını deyə və ya təcili olaraq evi boşaltmağı tələb edə bilər. Bu kimi problemlərlə üzləşməmək üçün mütləq şəkildə mənzil kirayəsi müqaviləsi imzalanmalıdır.

 

Tibb Universitetinin 1-ci kurs tələbəsi Təranə Əliyeva qeyd edib ki, ümumi anlamda əsas təmizliyə riayət etməmək ,məsuliyyətsizlik , bir-birinə bəzi məsələrdə anlayış göstərməmək kimi problemler olur.

 

“Daha cox problem isə onda yaranır ki, otaq yoldaşın ev yiyəsi olur. Belə olan halda o dominantlıq edir. Hər xırda şey üçün icazə almaq məsuliyyəti olur sanki. Ümumiyyətlə isə kirayə mənzillərin qiyməti bahalaşıb deyə 4-5 nəfər qız yığışıb birgə qalırlar. Hər il də qızların sayı daha da artır, təbii ki qızların sayı artdıqca problemlər də çoxalır”.

Ümumiyyətlə isə ev axtaran tələbə oğlanlar daha çox problemlə üzləşir. Çünki ev sahiblərinin əksəriyyəti oğlanlara ev verməkdən imtina edirlər. Səbəb kimi isə onların evi səliqəsiz saxladığı göstərilir.

 

Azərbaycan Texniki Universitetinin 4-ci kurs tələbəsi Malik Qasımov deyir ki, kirayə mənzil tapmaqda əsas çətinlik evi uyğun qiymətə tapmamaqdır.

 

“Ümumiyyətlə çox vaxt  oğlanlara ev vermirler. Ele ev sahibi olur, danışıb inandırırsan ki, xoşagəlməz hallar olmayacaq. Amma eleləri də var, ümumilikdə ev verməkdən imtina edirlər. Ev sahibləri ümumiyyətlə oğlanlara güvənmirlər, həm evin səliqəsi ilə bağlı, həm də bəzi başqa məsələlərdə.

Kirayəçilər qeyd edirlər ki, ev sahibləri özləri müqavilə imzalamaqdan imtina edirlər. Buna səbəb kimi isə gəlirdən vergi ödəmək üçün pullarının yetmədiyini göstərirlər.

 

Evini artıq 7 ildir ki kirayəyə verən 54 yaşlı Mənsurə Sadıqova deyir ki, kirayəçi ilə hər hansısa bir müqavilə imzalamaq lazım olduğunu bilmir.

 

“Evimi ancaq tələbə qızlara və ailələrə verirəm. Başqa heç kimə verməyə risk etmirəm. Amma bir şeyi də deyim ki, kirayəçilər də məndən bu vaxta qədər müqavilə tələb etməyiblər”.
 

İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən kirayəçiyə icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir.

 

İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda isə özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və əldə etdiyi gəlirdən dövlət büdcəsinə ödəniş etməlidir. Buna görə də, bəzi vətəndaşlar müqavilədən imtina edir, bəziləri isə ümumiyyətlə kirayə mənzil müqaviləsindən və müqavilə imzalandıqdan sonra atılacaq addımlardan, bunun məsuliyyətindən xəbərsizdirlər.

 

Nəzrin CAVİD


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Keçmiş baş nazirin xanımı şərti həbs cəzasına məhkum edildi
23.11.2017, 11:31

Keçmiş baş nazirin xanımı şərti həbs cəzasına məhkum edildi

Nazirlikdən qriplə bağlı AÇIQLAMA
23.11.2017, 11:23

Nazirlikdən qriplə bağlı AÇIQLAMA

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq    
23.11.2017, 11:21

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq  

Yeməyiniz bol, mədəniz gen olsun!
23.11.2017, 11:11

Yeməyiniz bol, mədəniz gen olsun!

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
23.11.2017, 11:00

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

AMEA tərcüməçi axtarır   
23.11.2017, 10:58

AMEA tərcüməçi axtarır  

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"
23.11.2017, 10:16

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı   
23.11.2017, 10:10

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı  

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA
23.11.2017, 10:07

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA

 Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI
23.11.2017, 10:00

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu
23.11.2017, 09:58

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

ARXİV