Modern.az

Keçmiş bakılı jurnalist Almaniyada sayt açıb: “Jurnalistikanı atdım, amma…”  

Keçmiş bakılı jurnalist Almaniyada sayt açıb: “Jurnalistikanı atdım, amma…”   

10 Noyabr 2017, 13:19

Almaniya vətəndaşı ilə evlənərək, bu ölkəyə köçmüş eks-jurnalist Zemfira Ələsgərova (Kulaksız) Azərbaycandakı keçmiş həmkarlarından dəstək istəyib.

Modern.az-ın məlumatına görə, O, Facebook üzrərindən  hər kəsi salamlayaraq bildirib:

“İllər sonra ilk dəfə bir şeylər yazıram. Bir zamanlar mən də nacizanə yazıb - pozurdum...Tanıyanlar bilir.
Almaniyaya gəldim, “gözdən uzaq olan, könüldən də iraq olur” misalı - unuduldum. Alman dilini öyrənib, qəzetləri oxumağa baslayınca, xəbərləri izləyib özüm hər seyi anlayıb, təhlil edincə, burda jurnalist kimi fəaliyyət göstərə biməyəcəyimi anladım. Və basga yoldan getdim, qiyabi olaraq dietoloq peşəsini  oxudum, sertifikat aldım.

Yemək və sağlıqlı bəslənmə ilə bağlı sayt açdım: www.zemfirasgerichte.com

Saytım almancadır və Almaniyada artıq tanınır. Facebook səhifəmdə öz dilimizdə sağlıglı bəslənməyə dair önəmli bilgilər, sağlıqlı tariflər paylaşmağı düsünürəm”. 


Zemfira xanım jurnalist həmkarlarından dəstək istəyib: “Ümid edirəm ki, bu məsələdə mənə dəstək olacaqsınız”.

Zemfira Ələsgərova Bakıda yaşayarkən “Gənclik. P.S”, “7 gün”, “Panorama”, “Yeni yüzil” qəzetlərində çalışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir