Modern.az

Soyqırımı muzeyi niyə yaradılmır?

Soyqırımı muzeyi niyə yaradılmır?

19 Noyabr 2009, 17:15

Uzun illərdən bəri ziyalılar Azərbaycanda Soyqırımı müzeyinin yaradılmasını təklif etsələr də, bu məsələdə heç bir irəliləyiş yoxdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, Soyqrımı muzeyinin yaradılması təəssüf ki, Azərbaycan tarixi gerçəkliyinin təşəbbüsüdür: “Bununla biz ötən yüz illiklər ərzində faciələrin muzeyini yaradaraq beynəlxalq aləmə həqiqi yaşantılarımızı və regiondakı proseslərinn gerçəyini göstərmiş olarıq. Məsələn, yəhudilər məruz qaldıqları soyqrımın dünyada tanıdılması üçün bütün vasitələrdən istifadə ediblər. Onlardan biri də muzeylərin yaradılmasıdır. Çünki orada toplanan eksponatlar, yazılar, əsərlər yaxud da ki, hər hansısa tarixi nümunələr daha çox danışır, daha çox fikir deyir və daha çox təsir göstərir, nəinki, siyasi polemikalar, diskussiyalar və ya nitqlər. Muzeylərin təsir gücü böyükdür”.

Deputat “Xocalı soyqrımının tanıdılması haqqında” hazırladığı qanun layihəsini parlamentə təqdim etdiyini qeyd edib: “Həmin sənədin müddəalarından biri də bu məsələ idi. Burada müvafiq icra hakimiyyəti orqanlarının üzərinə belə bir məsələ qoyulurdu ki, muzey yaradılsın. Bu təşəbbüsü normal sayıram. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə olan müxtəlif mədəniyyət evləri, klubların yaxud da ki, səfirliklərin və diplomatik korpusların birində kiçik bir guşə olmalıdır. Ermənilər qondarma soyqrımıyla özlərinə simvol yaradıblar. Dünya erməniçiliyinin təşkilatlanması, varlığı, mövcudluğu soyqrımı məsələsi ilə bağlıdır. Ancaq biz tarixin yaxın dönəmində baş vermiş soyqrımının dünya ictimaiyyətinə  tanıdılması üçün işləri həyata keçirərkən bu mexanizmlərdən hələki istifadə etməmişik. Təkcə Xocalı deyil, mart qırğınları və aralıq dönəmində baş verən qırğınları məcmu halında ya Şəhidlər xiyabanı, ya da başqa bir yerdə Soyqrımı muzeyinin yaradılması məqsədəuyğundur və bu mövqeyi müdafiə edirəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir