26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Məxfi “Palma”nın 2-ci şəxsi - Qatarın altında qalan SSRİ-nin ilk daxili işlər naziri Kruqlov
Məxfi “Palma”nın 2-ci şəxsi - Qatarın altında qalan SSRİ-nin ilk daxili işlər naziri Kruqlov
10.11.2017, 22:15

SSRİ-nin yüksəkçinli məmurları arasında kifayət qədər ciddi simalardan biri olan Sergey Kruqlov haqqında mətbuat uzun illər susub. Çox-çox sonralar, “məxfi” qrifli qovluqlar açıldıqdan sonra Kruqlovun fəaliyyəti tarixçilərin və media nümayəndələrinin diqqətini cəlb edib.

 

1946-cı ildə “NKVD” ləğv olunaraq Daxili İşlər Nazirliyi yaradılanda Sergey Kruqlov ilk olaraq bu quruma nazir təyin olunub. Bu təyinata qədər də o, 1945-ci ilin dekabr ayından “NKVD”yə rəhbərlik edib. O, Stalinlə əvvəlcədən planlaşdırılmamış görüşmək səlahiyyəti olan azsaylı məmurlardan biri olub.

Modern.az saytı SSRİ-nin ilk daxili işlər naziri Sergey Kruqlov haqqında yazını təqdim edir.

 

Sergey Kruqlov öz həyatını sırf partiya işinə bağlasaydı, yəqin ki, karyera pillələrini “NKVD”də olduğu kimi sürətlə qalxa bilməzdi. O, bir müddət Gürcüstanda partiya işində çalışıb. Bacarığı, savadı ilə fərqlənib. Elə Lavrenti Beriya ilə də Gürcüstanda tanış olub. Bu dövr Beriyanın Gürcüstana rəhbərlik etdiyi vaxta təsadüf edib. Aralarında normal münasibət yarandığından Beriya “NKVD”yə getdikdən sonra onu da Moskvaya dəvət edib. Bir neçə ay aparatın “xüsusi səlahiyyətli” əməkdaşı kimi fəaliyyət göstərdikdən sonra Kruqlov “NKVD”də müavin, həmçinin, kadrlar idarəsinin vəzifəsinə irəli çəkilib. Bu vəzifəyə təyinatında Beriyanın köməyi və təşəbbüsü ilə yanaşı, Mərkəzi Komitənin katibi Georgi Malenkovun dəstəyi də böyük olub.

 

Sergey Kruqlovun “NKVD” fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilib. Xüsusilə, çeçen və inquşların köçürülməsi, QULAQ məcburi əmək düşərgələrinin işindəki fəaliyyəti Stalinin də diqqətindən yayınmayıb. 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik məsələlərinə cavabdeh olan şəxslərdən biri də Kruqlov olub.

 

1945-ci ilin iyulun 17-dən avqustun 2-dək “böyük üçlüyün” iştirakı ilə Berlin yaxınlığında yerləşən Potsdamda keçirilən konfransda isə Kruqlovun xidmətləri daha yüksək qiymətləndirilib. Bu konfransın bütün təhlükəsizlik məsələləri məxfi “Palma” əməliyyatı adı altında Beriyaya həvalə olunub. “Palma”nın ikinci şəxsləri isə Kruqlov və Stalinin şəxsi mühafizəsinin rəisi Vlasik olub.

 

Konfransda təhlükəsizliyin təmin etmək üçün “NKVD” qoşunlarının 7 alayı və 1500 əməliyyatçı iştirak edib. Stalinin iqamətgahının təhlükəsizliyinə general Vlasik, konfrans keçiriləcək yerin təhlükəsizliyinə isə birbaşa Kruqlov cavabdehlik daşıyıb.

 

Potsdam konfransının işindən və bütövlükdə təşkilindən razı qalan Stalin əməkdaşları mükafatlandırmaq üçün Beriyaya siyahı təqdim etməyi göstəriş verib. Həmkarlarına qarşı həmişə qısqanc olan Beriya bu dəfə fərqli olaraq siyahıda birinci Sergey Kruqlovun adını qeyd edib. Beriya marşal rütbəsi, Kruqlov general-polkovnik rütbəsi ilə mükafatlandırılıb. Bununla yanaşı, Kruqlov Lenin ordeni ilə də təltif olunub.

 

Kruqlov bəlkə də yeganə şəxslərdən biri olub ki, çox tez-tez Beriyanı xoşagəlməz əməllərinə görə ikilikdə tənqid edib. Belə hallar bəzən kiçik bir əhatənin içərisində də baş verib. Beriya isə bu tənqidlərə bir cümlə ilə cavab verib: “Sergey, sən dəyişmirsən, elə Gürcüstanda olduğun kimisən...”

 

 

Amma buna baxmayaraq, Beriya bütün fəaliyyəti dövründə Kruqlovu müdafiə edib, onun vəzifədəki mövqelərini möhkəmləndirib.

Stalinin ölümündən sonra 11 mart 1953-cü ildə daxili işlər və dövlət təhlükəsizliyi nazirlikləri Beriyanın rəhbərliyi altında birləşdiriləndə Kruqlov bu nazirlikdə birinci müavin vəzifəsinə təyin olunub. Az keçməmiş, həmin ilin 26 iyun tarixində Beriyanın həbsindən sonra Sergey Kruqlov nazir kürsüsündə əyləşib. Bu da bir faktdır ki, Kruqlov ona dayaq olan Beriyanın həbs olunmasında fəal iştirak edənlərdən biri olub. Daha bir fakt isə odur ki, Beriya komandasından salamat çıxan və yenidən nazir təyin olunan yeganə şəxs də Kruqlov olub.

 

Onun bu gedişlərinə baxmayaraq, partiyanın yeni rəhbərliyinin yaddaşında Kruqlov “Beriyanın əlaltısı” kimi qalıb. 1956-cı ilin yanvar ayında Xruşovun göstərişi ilə Kruqlov nazir vəzifəsindən azad edilərək elektrostansiyalar tikintisi nazirinin müavini vəzifəsinə göndərilib. Bu vəzifədə də onu çox işləməyə qoymayıblar. Bir ildən sonra Kruqlov daha aşağı vəzifəyə, Kirov rayonunun Xalq Təsərrüfatı Sovetinin sədr müavini vəzifəsinə təyin edilib.

 

1957-ci ildə Xruşov Malenkovun, Molotovun və Kaqanoviçin “antipartiya qrupu”nu dağıtdıqdan sonra bütün köhnə kadrları “sıradan çıxarmaq” planını işə salanda 1958-ci ildə Kruqlov da hər şeydən məhrum olunub. Hətta “MVD” pensiyasından və mənzilindən belə.

 

Beləliklə, 52 yaşlı sabiq nazir xəstəliyi ilə əlaqədar 2-ci qrup əllilik dərəcəsi ilə oyundan kənar vəziyyətdə qalıb.

Taleyi ilə barışan Kruqlov Moskva ətrafındakı qəsəbələrin birində çox sadə bir həyat tərzi sürüb, dəbdəbəsiz, təmtəraqsız və bəzən də ehtiyac içində.

 

1977-ci il iyulun 6-da Sergey Kruqlov bağ evlərinin yanında yerləşən “Pravda” dəmiryolu stansiyasında məlum olmayan səbəbdən qatarın altına düşərək ölüb.

Onun ölüm səbəbi qəzetlərdə “Bədbəxt hadisə nəticəsində...” kimi yazılıb. Amma bu hadisə ilə bağlı intihar və sui-qəsd kimi versiyalar da söylənilib...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən varlı terror təşkilatı məlum oldu  
26.04.2018, 00:12

Dünyanın ən varlı terror təşkilatı məlum oldu  

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı   
26.04.2018, 00:09

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı  

Putin Sarkisyana zəng vurub
26.04.2018, 00:07

Putin Sarkisyana zəng vurub

Nalbandyan Moskvaya getdi
26.04.2018, 00:01

Nalbandyan Moskvaya getdi

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.2018, 23:10

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycan nefti yenə bahalaşdı
25.04.2018, 23:00

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
25.04.2018, 21:41

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.68%)
İmtahan qiymətləri normalıdr(4.54%)
İmtahan qiymətləri aşağıdır(2.27%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.4%)
İmtahan qiymətləri azaldılmalıdır(5.68%)
İmtahan qiymətləri artırılmalıdır(11.3%)