Modern.az

Təyyarədə mobil telefondan istifadə hər an qəza yarada bilər

Təyyarədə mobil telefondan istifadə hər an qəza yarada bilər

12 Noyabr 2017, 10:36

Təyyarədən istifadə edən sərnişinlər mobil telefondan istifadənin məqsədəuyğun olmadığının tam detallarını bilmədiyindən bir çox hallarda yararlanmağa çalışırlar. Hətta, bəzi sərnişinlər  təyyarədə mobil telefonların istifadəsinin təyyarəni sıradan çıxara biləcəyini düşünürlər.

Bəs təyyarə hərəkətdə olan zaman mobil telefonların istifadəsi hansı təhlükəyə yol aça bilər?

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib ki, mobil telefonlardan istifadə zamanı heç də təyyarə sıradan çıxmır. Mobil telefona gələn zəng pilotla aviadispetçr arasında rabitə əlaqəsinə mane olur və belə olan halda pilot aviadispetçr tərəfindən verilən hər hansı bir məlumatı qarışdıra bilər.

“Təyyarə qalxan və ya enən zaman pilotlar mürəkkəb əməliyytları yerinə yetirir və bu zaman cihazların düzgün işləməsi həlledici olur. Həm də bu zaman pilotlar yerüstü xidmətlə kommunikasiya yaradaraq enmə və qalxma əməliyyatlarını yerinə yetirirlər. Sərnişinlərin bu zaman mobil cihazlardan istifadə etməsi böyük dalğaların yaranmasına səbəb olur ki, bu da təyyarədə cihazların düzgün işləməsinə, hündürlüyün düzgün ölçülməsinə və yerüstü xidmətlə kommunikasiyaya mane ola bilir. Bu nöqsanlar isə qəza şəraiti yarada bilir”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi