Modern.az

Azərbaycanın  Konstitusiya tarixi, imperiyadan müstəqilliyə uzanan yol

Azərbaycanın  Konstitusiya tarixi, imperiyadan müstəqilliyə uzanan yol

Aktual

12 Noyabr 2017, 11:21

Bu gün Azərbaycanda Konstitusiya günü qeyd edilir. 

 

Modern.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul olunub. Azərbaycan Müstəqillik əldə etdikdən sonra yeni Kostitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün prezident Heydər Əliyevin rəhbərliyi ilə xususi komissiya yaradılıb, Konstitusiya layihəsi ümümxalq müzakirəsinə çıxarılıb. 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.

 

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edcən ilk Kostitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub. Bu gün Azərbaycan vətəndaşları konstitusiya ilə onlara verilən hüquqlardan tam yararlana bilərlər.

 

Bəs  bu günə kimi Azərbaycanın neçə Konstitusiyası mövcud olub?

 

Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

 

Azərbaycanın dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

 

Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

 

Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev  sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

 

Konstitusiyaya ilk əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib. 24 avqust 2002-ci ildə Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31, 2009-cu ilin martın 18-də keçirilən referendumla Azərbaycan Respublikası Konstitusiyanın 29 maddəsinə ümumilikdə 41 əlavə və dəyişiklik edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 23 maddəsinə əlavə və düzəlişlər, habelə yeni 6 maddə əlavə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi