Modern.az

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (SIYAHI)

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (SIYAHI)

20 İyun 2011, 10:24

Kultaz.com Mədəniyyət Portalı III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin Debüt mükafatının qaliblərini elan edib.
Modern.az təşkilatçılara istinadən bildirir ki, Debüt mükafatı ənənəvi olaraq iki nominasiyada keçirilib. Bu müsabiqədə gənc müəlliflər maksimum üç əsərlə (hekayə və ya şeir) qatıla bilərdilər.

Debüt mükafatında 44 müəllifin 100-dən artıq mətni qiymətləndirilib. Müsabiqəyə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və İrandan olan soydaşlarımız da qatılıb.

Qiymətləndirməni müsabiqənin 9 nəfərdən ibarət Ekspertlər Şurası 10 ballıq sistemlə aparıb.

Ekspertlərin tərkibi belə olub:

1. Tehran Əlişanoğlu, tənqidçi

2. Nərgiz Cabbarlı, tənqidçi

3. Azad Yaşar, şair-tərcüməçi

4. Mahir Qarayev, şair-tərcüməçi

5. Samir Sədaqətoğlu, yazıçı

6. Şahbaz Xuduoğlu, naşir

7. Məsiağa Məhəmmədi, nəzəriyyəçi-tərcüməçi

8. Natiq Məmmədli, yazıçı

9. Kultaz.com- Təşkilat Komitəsi.

Ekspertlər Şurasının qiymətləndirməsi əsasında nominasiyalar üzrə qaliblərin adlarını təqdim edirik.

“Ən yaxşı hekayə” nominasiyası:

I YER: Elnaz Eyvazlı (“Baş daşı”, “Qadın”)

II YER: Alpay Azər (“Atamın dəfni, hüzrü, bir də başdaşı”, “Özündən “küsən” gəlin”

III YER: İlğım (“Açıqca söylənməyənlər”, “İlan Xatının və Loğmanın dastanı”, “Zorlama cinayətinin növləri”

“Ən yaxşı şeir” nominasiyası

I YER: Musa Əfəndi (“Bir şəhərin leksikologiyası”, “I payız üsyanı”, “Kədərboğan böcəyi”)

II YER: Şahin Əliyev (“Kino”, “Belə olsun”, “Dostum”)

III YER: Orxan Zaman (“Kabus”, “Uzaqlığından üşüyürəm”, “Bütün xatirələrdən”)

Qalib gələn mətnlər həftə boyu Kultaz.com-da yayımlanacaq.

Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən keçirilir. Müsabiqənin təşkilatçısı Kultaz.com mədəniyyət portalıdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı