21 iyul 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Həbsxanaları “əbədi ev” SEÇƏNLƏR: Peşəkar oğru, insan alverilə məşğul olan QADINLAR
Həbsxanaları “əbədi ev” SEÇƏNLƏR: Peşəkar oğru, insan alverilə məşğul olan QADINLAR
14.11.2017, 09:45

Bütün dünyada olduğu kimi, Azərbaycanda da cinayətlərin qarşısının tam alınması mümkün deyil. Bu səbəbdən də hələ də həbsxanalarda ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, zorlama və s.  kimi cinayətlərilə ittiham olunaraq həbs həyatı sürənlər var.

 

Hətta bəziləri bu cinayətlərə o qədər adətkar olublar ki, dəmir barmaqlıqlar arasındakı həyat üçün darıxdıqlarından bilərəkdən məhbəsin daimi “sakinlər”inə çevrilirlər. Əslində azad olunmuş məhkumların reabilitasiyası, onların cəmiyyətə yenidən qazandırılması da illərdir problem olaraq qalır.

 

Əgər qəsdən ya bilməyərək, təsadüfən hansısa cinayət törədibsənsə, ömrün boyu onun hesabını vermiş olacaqsan. Ailə quranda, iş axtaranda, lap elə küçə ilə yeriyəndə də...

Bəlkə də bu səbəbdəndir ki, insanlar təkrar cinayətlər törətməyə meyllənir... Nədir insanları təkrar cinayətlərə sövq edən: tamah, adətkarlıq yoxsa...?

 

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin təkrar cinayət törətməsi bütün cinayətlərin 4-5 faizini təşkil edir:

 

“Müddəti başa çatmış, vaxtından əvvəl şərti azadlığa buraxılmış, yaxud əfv və amnistiya nəticəsində azadlığa çıxmış şəxslərin yenidən cinayət törətməsi və həbsxanaya qayıtması faizi elə də yüksək deyil. Vaxtından əvvəl şərti azad etmə institutu tətbiq edilən şəxslərin 4-5 faizində yenidən cinayət etmə halları qeydə alınır.

 

Daha çox elə şəxslər təkrar cinayət törədir ki, onlar bunu adətə, peşəyə çeviriblər, onlar üçün azadlıqda yaşamaq çətindir. Bəzi şəxslər həbsxanaya ona görə qayıdır ki, işləri, evləri, yaşamaq üçün şəraitləri yoxdur. Onlar azadlıqdakına nisbətdə sanki həbsxanada daha komfortlu həyat sürürlər. Belə şəxslər kiçik cinayətlər törətməklə yenidən “ev”lərinə qayıtmağı bacarırlar. Bu sahədə lazımlı mexanizmlər işlənib hazırlansa, azadlığa çıxmış şəxslərin məşğulluq və yaşamaq kimi problemləri həll olunsa, bu faiz bəlkə də daha az olar”. 

 

Müsahibimiz qeyd edib ki, təkrar cinayətlərə görə cins bölgüsündə kişilər qadınlara nisbətən üstünlüyə malikdirlər:

 

“Qadınların sayı çox azdır. Azad edilmiş qadınların sayına baxsaq, geri qayıdanlar heç bir faiz təşkil etmir. Həm də Azərbaycanda qadınların azadlıqdan məhrum edilməsi cəzası ağır, az ağır və xüsusi ağır cinayətlər törədildiyi halda tətbiq edilir. Onlar azadlığa buraxıldıqdan sonra təsadüfi hallarda geri qayıdır. Geri qayıdanlar daha çox peşəkar oğru qadınlar, insan alverilə məşğul olanlardır.

 

Hazırda 470 nəfərdən çox qadın azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar daha çox narkotik istifadəsi, məişət zorakılığına cavab verilməsi zəminində cinayətkara çeviliblər. Qadınlar bəzi hallarda ərlərinin onlara qarşı zor tətbiq etməsinə dözmür və cinayətə əl atırlar. İstənilən halda, həbsxanaya qayıdan qadınların sayı çox azdır. Azərbaycanda həbsxana həyatı yaşamış qadınların yenidən ailəyə, cəmiyyətə, ictimaiyyətə qayıtması çox ağır və ağrılı prosesdir. Amma bütün bunlara baxmayaraq, qadınların təkrar cinayətə əl atması az hallarda baş verir”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sumqayıtda üçmərtəbəli mağaza yandı - YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

Velosiped oğruları TUTULDU
21.07.2018, 12:55

Velosiped oğruları TUTULDU

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır
21.07.2018, 12:44

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR
21.07.2018, 12:15

Bakıda yeni marşrut xətləri fəaliyyətə başladı - FOTOLAR

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi
21.07.2018, 11:55

Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  
21.07.2018, 11:44

“Azərenerji” Bakının işıqsız qalması ilə bağlı məlumat yaydı  

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı
21.07.2018, 11:13

Astara sakinindən 58 ədəd çətənə bitkisi aşkarlandı

ARXİV