Modern.az

Silahlı Qüvvələrin müharibə dövrü üçün əsas vəzifələri - YENİ QANUN 

Silahlı Qüvvələrin müharibə dövrü üçün əsas vəzifələri - YENİ QANUN 

14 Noyabr 2017, 11:05

Azərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə “Silahlı Qüvvələr haqqında” yeni qanunun 4-cü maddəsində (Silahlı qüvvələrin əsas vəzifələri) qeyd edilib.

4.1. Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.1.1. Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısnı almağa və onu dəf etməyə hazır olmaq;

4.1.2. əməliyyat şəraitini, onun  təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;

4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların ( qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;

4.1.4. daxili siyasi sabitliyin, konstitusiya quruluşunun, ictimai asayişin  qorunmasında və ictimai  təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;

4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin  hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin  təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;

4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;

4.1.8.  Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini, enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət öbyektlərini mühafizə etmək;

4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin pentensiar müəssisələin mühafizəsini həyata keçirmək;

4.1.10. öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək;

4.1.11. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;

4.1.12. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır  vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;

4.1.13. səfərbərlik  və hərbi xidmətə çağırış üzrə tədbirlkər kompleksini təkmilləşdirmək;

4.1.14. peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq;

4.1.15. beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;

4.1.16. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;

4.1.17. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin  dəstəklənməsi ( bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;

4.1.18. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək;


4.2.
Dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

4.2.1 döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək;

4.2.2 fövqəladə və hərbi vəziyyət rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetiriləmsində iştitrak etmək;

4.3. Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik  və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

 

4.3.1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək;

4.3.2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;

4.3.3. Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin  müdafiəsi üzrə hərbi əməliyyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun  şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa ) məcbur etmək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi