Modern.az

Putinlə Ərdoğan arasında Qarabağla bağlı razılıq yoxdur - MÖVQE

Putinlə Ərdoğan arasında Qarabağla bağlı razılıq yoxdur - MÖVQE

14 Noyabr 2017, 13:05

Ötən gün Rusiya və Türkiyə prezidentlərinin Soçidə görüşü keçirildi. 4 saat qapalı qapılar arxasında keçən görüşdə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bir çox məsələləri müzakirə edib.  Hər iki ölkə Azərbaycanla sıx əlaqələri ilə bağlı seçilir. Bəs görəsən hər iki dövlətin münasibətlərinin yaxşılaşmasının Azərbaycana hansısa təsirləri olacaqmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Putinlə Ərdoğanın görüşündə əsas gözləntilərimiz  Qarabağ məsələsinin müzakirə olunması idi.

 

“Müəyyən ümidlər var idi ki, Ərdoğanla Putin arasında görüşdə bu məsələ müzakirə oluna. Amma təəssüf ki, belə müzakirə olmadı. Bəlkə də 4 saatlıq qapalı görüşdə bu məsələ haqqında nəsə danışılıb.

 

Amma  bu barədə prezidentlər mətbuat konfransında hər hansı bir açıqlama vermədilər. Demək ki, bu məsələ ilə bağlı razılıq yoxdur. Ərdoğan daha öncə bu məsələni qaldıracağını demişdi və  belə bir ifadə də işlətmişdi ki, Putin istəsə bu məsələ həll olar. Çünki Ermənistan tamamən Rusiyadan asılıdır. 

 

Görünür Rusiya hələ ki bu məsələnin marağında olmadığından Putin müzakirəyə maraq göstərmir. 

Ona görə indiki halda demək çətindir ki, Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək. Buna baxmayaraq Türkiyə bizim strateji müttəfiqimizdir və tərəfdaş qonşu dövlətdir. Türkiyə və Rusiya arasındakı müsbət münasibətlər Cənubi Qafqaza da müsbət təsir göstərə bilər”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir