Modern.az

ReAL qurultay üçün 7 ünvana müraciət etdi  

ReAL qurultay üçün 7 ünvana müraciət etdi   

Aktual

14 Noyabr 2017, 17:03

Respublikaçı Alternativ Partiyasının  (ReAL) Təşəbbüs Qrupu 1-ci təsis qurultayının keçirilməsi üçün yenidən bir sıra yerlərə müraciət edib.

ReAL-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edilib:

1. Bakı Şəhər İcra Hakimiyyəti
2. Azərbaycan Dövlət Opera və Balet Teatrı
3. Beynəlxalq Mətbuat Mərkəzi
4. "Pullman Baku" Oteli
5. "Park Inn" Otel
6. "Hyatt Regency" Oteli
7. "The Landmark Baku" Oteli

Məlumatda qeyd edilir ki, Bakı şəhəri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına edilən müraciətə də Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən heç bir cavab verilməyib.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş idarəsinə edilən müraciətdə qurultayın noyabrın 4, 5, 11, 12, 18, 19, 25, 26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsinin mümkün olduğu göstərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?