Modern.az

Hacıbala Abutalıbov Yazıçılar Birliyini çətin duruma salıb - AÇIQLAMA

Hacıbala Abutalıbov Yazıçılar Birliyini çətin duruma salıb - AÇIQLAMA

Ədəbi̇yyat

14 Noyabr 2017, 17:55

AYB: “Restoranın icarəsindən alınan vəsaitlə yazıçılara yardım göstərilirdi” 


Milli Məclisin komitələrində 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı gənc yazıçı və şairlərə əlavə maliyyənin ayrılması təklif edilib.  

Millət vəkili Elmira Axundova Yazıçılar Birliyi və  gənc yazarların ağır sosial durumundan danışıb:

“Nəzərə almaq lazımdır ki, onlar başqa işlə məşğul ola bilmirlər. Bunlar yaradıcı şəxslərdir. Xüsusilə, onların kitabalarının çapı, yaradıcılıq xərcləri üçün maliyyə lazımdır. Hətta elələri var ki, evsizdir. Ona görə, xahiş edirəm ki, onlara fond formasında və ya hansısa formada maliyyə ayrılmasına baxaq. Bu yaxınlarda Yazıçılar Birliyinin birinci mərtəbəsindəki məlum kafe qalmaqalı məsələsi oldu. Əlbəttə, xoşagələn hal deyildi. Amma İdarə Heyətinin iclası oldu və orada qərara gəlindi ki, artıq ora icarəyə verilməsin. Ona görə də, bu quruma maliyyənin ayrılması, xüsusilə də gənc yazarların maliyyələşməsinə baxılmasını təklif edirəm”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi dövlət müəssisəsi sayılmasa da, büdcədən maliyyələşir. On ildir ki, birliyin hazırladığı siyahılara əsasən, yaşlı, orta və gənc nəsil yazarlar prezident təqaüdü alırlar. AYB bununla xeyli sayda yazıçının  sosial durumunun müəyyən qədər yaxşılaşmasına vasitəçi olub.

AYB-nin  ağır durumda olan yazıçılara maddi yardım etmək üçün başqa nə kimi layihələri işləyir? Ümumiyyətlə, birliyin bunu həyata keçirmək üçün maliyyə vəsaiti varmı?

Modern.az saytının bu sualını AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza cavablandırıb:

“Maddi çatışmazlığı qarşılamaq üçün AYB-nin xüsusi layihələri yoxdu. AYB-nin kitablarla bağlı layihələr var ki, yaşlı və gənc nəsil bundan faydalanır.  

Elmira xanımın özünün də qeyd etdiyi kimi, məlum restorandan gələn icazə haqqından əldə olunan gəlirlə həm az maaşı olan əməkdaşlarımıza əlavə köməklik edilirdi, həm də bir yazıçı xəstəliyi ilə bağlı müraciət edəndə, birinin yas mərasimi olanda, bir sözlə, maddi ehtiyac duyulduqda qurum müəyyən yardımlar edirdi. Bu dəstək həmin icarədən gələn məbləğdən ödənilirdi. Ondan başqa vəsaitin gəldiyi yer yoxdu ki, xüsusi dəstək də olunsun. Elmira xanımın toxunduğu məsələ də məhz budur. Yəni AYB-nin əlavə vəsaiti olsa, əlavə addımlar da atar, layihələr də həyata keçirər”.

Xəyal Rza AYB-nin tabeliyində olan Yazıçılar Poliklinikasının yazıçılara nə dərəcədə yardımçı olmaq imkanından da danışıb:

“Yazıçıların Klinikasında  yazıçılarla birlikdə bəstəkarlar, rəssamlar, yaradıcı təşkilatların üzvləri faydalanırlar. Onlar  buranın imkanları daxilində xəstəxanadan yararlana bilirlər. Yəni, Yazıçılar Klinikasının hansı imkanları varsa, o imkanlar əsasında yazarlar pulsuz müalicə edilir”.

E.Nihad 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu