19 noyabr 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - “Azərsu” Caspian Ecology” sərgisində iştirak edir  
“Azərsu” Caspian Ecology” sərgisində iştirak edir   +
14.11.2017, 18:02

Noyabrın 14-də Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla iştirak edir.


Pavilyonda yeni su mənbələri, tullantı sutəmizləyici qurğuları, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, Mərkəzi Laboratoriyanın fəaliyyəti, ekoloji tədbirlərlə bağlı məlumatlar əksini tapır. Sərgi ziyarətçilərinə “Azərsu” ASC-nin ekoloji tədbirləri və bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar verilir.

 
“Azərsu” ASC tərəfindən içməli suyun mənbədən götürülərək istehlakçılara çatdırılmasınadək, eləcə də tullantı sularının  idarə olunmasının bütün mərhələlərində ekoloji tələblərə ciddi riayət olunur. 


2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin böyük ekoloji əhəmiyyəti vardır. Bu kompleksdə ən son texnologiyalarla emal olunan su ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olur. Həmçinin digər su mənbələrində suyun emalının ekoloji aspektləri barədə ziyarətçilərə ətraflı məlumat verilir. 2013-cü ildə istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası da ziyarətçilərin marağına səbəb olur. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.


Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə Abşeron yarımadasında kanalizasiya infrastrukturu yenidən qurulur. Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorları tikilib. Bakı şəhərində tullantı sularının təmizləyici qurğulara ötürülməsini təmin etmək məqsədilə hazırda 3 istiqamətdə tunel tipli kanalizasiya kollektorlarının tikintisi davam etdirilir. Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı təmizləyici qurğunun tikintisinə başlanılıb. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.


Regionlarda həyata keçirilən içməli su və kanalizasiya layihələri çərçivəsində hər bir rayon mərkəzində kanalizasiya şəbəkələri yenidən qurulur və yaradılır. Tullantı sularının təmizləyib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğular tikilir. Artıq bir neçə rayonda tullantı sutəmizləyici qurğunun tikintisi başa çatıb və oktyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə açılışı keçirilən Şamaxı şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni tullantı sutəmizləyici qurğu istismara verilib.


“Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.

    
Qeyd edək ki, “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Noyabrın 16-dək davam edəcək sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi   
18.11.2017, 21:08

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi  

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

ARXİV