Modern.az

Azərbaycan komandası ilk xalını qazandı

Azərbaycan komandası ilk xalını qazandı

14 Noyabr 2017, 20:16

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəində bu gün növbəti oyununu keçirib. Modern.az xəbər verir ki Samir Ələkbərovun rəhbərlik etdiyi komanda  "Dalğa Arena"da, doğma azarkeşlər qarşısında Kosova yığmasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qapılara qol vurulmayıb. Azərbaycan millisinin iki oyunçusu qırmızı vərəqə aldığından oyunun təxminən 10 dəqiqəsini azlıqda keçirib. Belə ki, oyunun 87-ci dəqiqədə Anton Krivotsyuk, 90+4-cü dəqiqədə isə İlkin Sadıqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıblar.

Bu heç-heçə sayəsində Azərbaycan yığması qrup mərhələsində ilk xalını qazanıb. 5 oyundan sonra Ələkbərovun komandası 1 xalla sonuncu pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi