Modern.az

Prezident hər kəsi ölümlə təhdid etdi

Prezident hər kəsi ölümlə təhdid etdi

Dünya

14 Noyabr 2017, 21:43

Filippin Prezidenti Rodriqo Duterte ölkəsində narkotik maddələrin yayılmasını təşkil edən istənilən şəxsi öldürəcəyini açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Duterte prezidentlik müddətinin son gününə qədər davam edən bir savaş apardığını bildirib.

 

Duterte yenə təhdid edib: "Əgər mənim ölkəmi məhv etmək istəsəniz, sizi öldürəcəm. Kasıb ölkəmizin yeganə resursu olan gəncləri məhv etsəniz, sizi öldürəcəm. Bundan şübhəniz olmasın”.

 

Qeyd edək ki, Dutertenin hakimiyyətə gəldiyi 2016-cı ilin may ayından Filippində narkotik ticarətində bilavəsitə və ya dolayı yolla əlaqəsi olan 2400 nəfər öldürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür