Modern.az

İcra başçısının imzasını saxtalaşdıran şəxs tutuldu - Video

İcra başçısının imzasını saxtalaşdıran şəxs tutuldu - Video

14 Noyabr 2017, 21:59

İcra hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edilib. Modern.az-ın "Xəzər xəbər"ə istinadən məlumatına görə, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirb ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb.

 

Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib.

 

Araşdırma zamanı o da məlum olub ki, Şahbaz Cavadovun Əkirəm Məlikova əvvəllər 5 min manat borcu olub. O, bu borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkrəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 minini borca qaytarıb. Şahbaz Cavadov bu qanunsuz əməlinə görə indi çox peşman olduğunu deyir.

 

Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi