26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Zaqatalada başlanan ömrün “Butırka” türməsindəki sonu - “NKVD”nin “ziyalı” cəlladı 
Zaqatalada başlanan ömrün “Butırka” türməsindəki sonu - “NKVD”nin “ziyalı” cəlladı 
14.11.2017, 22:33

Bəlkə də o, yaradıcılıq yolunu davam etdirsəydi dövrünün tanınmış yazıçılarından, ssenaristlərindən, mətbuatın aparıcı imza sahiblərindən biri olardı. Bu sahə hələ yeniyetməlik illərindən onun ürəyincə olan bir iş idi. Ara-sıra yerli mətbuatda çıxan yazıları da maraqla qarşılanırdı. Ancaq o, bu yolu getmədi, Lavrenti Beriya onu yolundan çıxarıb “NKVD”-yə sürüklədi, həm də məşhurlaşdırdı. Amma kitab müəllifi, əsər müəllifi kimi yox, neçə-neçə qanlı və haqsız hökmlərə imza atan şəxs kimi. Beləliklə, Vsevolod Merkulovun Zaqataladan başlanan ömür yolu “Butırka” türməsində güllələnməklə sona çatdı.

 

Modern.az saytı Zaqatalada doğulan, SSRİ-nin ilk Dövlət Təhlükəsizliyi naziri olan Vsevolod Merkulov haqqında yazını təqdim edir.

 

8 yaşında valideynləri ilə birgə Tiflisə köçən Merkulov gimnaziyanı bitirdikdən sonra korlar məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olub. Gimnaziya illərindən ədəbiyyata xüsusi maraq göstərən bu gənc yerli mətbuatda maraqlı yazıları ilə diqqəti cəlb edib.

 

Peterburq universitetində təhsil alanda 3-cü kursda hərbi xidmətə yollanan Merkulov bir-neçə ildən sonra xəstəliyi ilə əlaqədar ordudan tərxis olunub və Tiflisə qayıdıb. Tələbəlik illərində ədəbiyyat jurnallarında bir neçə povesti çap olunub. O, Tiflisdə yenidən pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb. Bununla yanaşı, ciddi yaradıcılıq işlərini də davam etdirib. Elə bu yaradıcılığı da Merkulovu öz sevimli işindən ayırıb. Belə ki, qəzetlərdə çıxan məqalələri Beriyanın diqqətini çəkib. Yazı-pozu işində naşı olan, rus dilini mükəmməl bilməyən Beriya Merkulovu ÇK-da işləməyə dəvət edib. İşə sıravi kargüzarlıqdan başlayan Merkulov qısa müddət ərzində aparıcı şöbələrə başçılıq edib və nəhayət, Zaqafqaziya və Gürcüstana rəhbərlik edən Beriyanın köməkçisi olub.

 

Lavrenti Beriya Moskvada “NKVD” başçısının kürsüsünə sahib olduqdan sonra Merkulovu da bu sistemdə işləməyə dəvət edib. Tiflisdən çox könülsüz ayrılan Merkulovun gərgin “NKVD” həyatıda bu dəvətdən sonra başlayıb.

 

“NKVD” kimi bir qurumda 1-ci müavin işləmək Merkulov üçün bəlkə ağılasığmaz bir vəzifə sayılıb. Repressiyaların tüğyan etdiyi bir vaxtda, Beriya kimi amansız bir insanın tabeliyində və bütün bunlarla yanaşı, Stalin rejiminin sərt bir dövründə bu vəzifə Merkulovun yaradıcı və ziyalı xarakterinə yad bir sahə idi. Bunu yüksəkçinlilər də yaxşı anlayırdılar. Amma Merkulov savadlı idi, o, “NKVD” strukturunda ən bilikli kadr kimi qəbul olunurdu. Bütün məruzələr, çıxışlar, məktublar, kargüzarlıq işləri Merkulovun əlindən keçirdi. Buna görə də arabir sözarası Merkulova “ziyalı” cəllad da deyirdilər. Beriya da tez-tez onu yumşaq xarakterli olmağı ilə qınayıb. Qınayıb və çox şeylər öyrədib. Merkulov bu haqda məhkəmədəki ifadəsində Beriyadan öyrəndiklərini etiraf edib:

“Vəzifəyə təyin olunduqdan sonra Beriya məni tez-tez kabinetinə çağırırdı. Bu əsasən onun təqsirləndirilən şəxslərdən ifadə aldığı vaxtlarda olurdu. Beriya işgəncə verməyi xoşlayırdı və bunu mənim yanımda daha yaxşı nümayiş etdirirdi ki, öyrənim. Sonra bu işgəncəni davam etdirməyi mənə həvalə edirdi. Əvvəllər bu cür halları ağır qarşılayırdım. Sonra düşündüm ki, rəhbərin tapşırığını yerinə yetirmək lazımdır...”

 

SSRİ-də Dövlət Təhlükəsizliyi nazirliyi yaradılanda Merkulov ilk olaraq nazir vəzifəsinə təyin olunub. Bu təyinatda Beriyanın xüsusi rolu olsa da son qərarı Stalin verib. Merkulov isə Stalindən bu “xeyir-dua”nı gözləməyib. Oğlu bu haqda, ümumiyyətlə, Stalin-Merkulov münasibətləri haqqında mətbuata açıqlamasında da bu təyinata münasibət bildirib:

“Atamın Stalinlə münasibətləri çox da isti olmayıb. Ümumiyyətlə, atam Stalindən çox çəkinib və özünün də dəfələrlə dediyinə görə rəhbərlə münasibətlərin hansı səviyyədə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkib. Məhz elə yeni nazirliyə nazir vəzifəsinə təyin olunanda da atam Stalinin bu qərarına təəccüblənib...”

 

Merkulov 1946-cı ildə nazir vəzifəsindən uzaqlaşdırılıb. Əsas səbəb isə “Aviasiya işi” ilə bağlı olub. SSRİ Hərbi Hava Qüvvələrində kütləvi represiyanın düzgün olmadığını Merkulovun fəaliyyəti ilə bağlayıblar. Ancaq araşdırmaçıların qənaətinə görə Merkulovu vəzifədən uzaqlaşdıran Abakumov olub. Versiyalara görə, sözün əsl mənasında cəllad olan Abakumov üçün “yumşaq” Merkulovu aradan götürmək o qədər də çətin olmayıb.

 

1946-cı ildən 1950-ci ilə qədər Xaricdə olan sovet əmlakı Baş idarəsində müxtəlif vəzifələrdə çalışan Merkulovu yenidən nazir təyin ediblər. Bu dəfə isə Stalin onun SSRİ Dövlət Nəzarəti naziri vəzifəsinə təyin olunması haqqında qərar verib.

 

Sağlamlığında ciddi problemlər olan, iki dəfə infarkt keçirən Merkulov 1952-ci ildə səhhəti ilə bağlı uzunmüddətli məzuniyyətə çıxıb. Stalinin ölümündən sonra o, Beriyaya yenidən dövlət təhlükəsizliyi orqanlarında işləməsi üçün xahiş edib. Bəlkə də Beriya bu xahaşi nəzərə alacaqmış, amma onun həbsi Merkulovun nəinki yeni vəzifəyə təyin olunmasını, özünün də həbsə atılması ilə nəticələnib. Beriyanın həbs xəbərini eşidəndə isə Merkulovun ilk cümləsi belə olub: “Memuarlarımı yazmaq mənə qismət olmayacaq...”

 

18 sentyabr 1953-cü ildə Beriyanın işi ilə əlaqədar Merkulov həbs olunub. O, “Butırka” türməsində təkadamlıq kamerada saxlanılıb. SSRİ prokururluğu Merkulov haqqında dövlət əleyhinə fəaliyyətlə bağlı ittiham qaldırıb.

 

Beləliklə, 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə Merkulovun Zaqataladan başlanan ömür yolu Moskavada ən ağır cəza ilə - güllələnməklə yekunlaşıb...


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən varlı terror təşkilatı məlum oldu  
26.04.2018, 00:12

Dünyanın ən varlı terror təşkilatı məlum oldu  

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı   
26.04.2018, 00:09

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı  

Putin Sarkisyana zəng vurub
26.04.2018, 00:07

Putin Sarkisyana zəng vurub

Nalbandyan Moskvaya getdi
26.04.2018, 00:01

Nalbandyan Moskvaya getdi

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.2018, 23:10

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycan nefti yenə bahalaşdı
25.04.2018, 23:00

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
25.04.2018, 21:41

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.68%)
İmtahan qiymətləri normalıdr(4.54%)
İmtahan qiymətləri aşağıdır(2.27%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.4%)
İmtahan qiymətləri azaldılmalıdır(5.68%)
İmtahan qiymətləri artırılmalıdır(11.3%)