Modern.az

Türkiyə Livanda baş verənlərdən narahatdır

Türkiyə Livanda baş verənlərdən narahatdır

15 Noyabr 2017, 00:46

"Türkiyə dost və qardaş ölkə olan Livanda baş verənləri diqqətlə izləyir". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım Baş nazir Saad Həririnin istefasını müəmmalı adlandırıb: "Baş verənlərin yeni bir siyasi böhrana səbəb olmamasına və bölgəmizdə yeni bir münaqişə ərazisinin yaranmamasına ümid edirik. Türkiyə siyasi birliyi, tərəqqini və təhlükəsizliyi təmin etmiş bir Livan və onun xalqının yanında olmağa davam edəcək”.

 

Qeyd edək ki, Livanın Baş naziri Saad Həriri Səudiyyə Ərəbistanına səfəri zamanı istefa etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı