Modern.az

Milli Qəhrəmanın doğum günüdür

Milli Qəhrəmanın doğum günüdür

1 Oktyabr 2021, 10:52

1 oktyabr tarixi Azərbaycanın Milli Qəhrəmanı Kazım Məmmədovun doğum günüdür. Modern.az-ın məlumatına görə, K.Məmmədovun şəhidlik zirvəsinə ucalmağından 30 il ötür. 

Kazım Məmmədov 1969-cu ilin 1 oktyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1976-1986-cı illərdə kənd orta məktəbində təhsil alıb. 1988-ci ildə ordu sıralarına çağırılıb. 1990-cı ildə Rusiyanın Çelyabinsk şəhərində hərbi xidmətini başa vurub.

Ermənilərin torpaqlarımıza hücumu onu da narahat edirdi. K.Məmmədov 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə götürülüb. Bununla da onun cəbhə həyatı başlayıb.

Kazım şəhidliyinə qədər bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr tarixində erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək, ermənilərlə qeyri-bərabər döyüşə atılmışdı. Tək qaldığı bu döyüşdə o, düşmənin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış düşmən binaya od vurdu, kiçik çavuş Kazım Məmmədov son gülləsinədək vuruşaraq, qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu orta məktəb qəhrəmanın adını daşıyır.

Kazım Məmmədovun adına üç mükafat təsis edilib.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...