23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - QARABAĞ - Şəhid leytenantın NİŞANLISI: “17 yaşımda yarımçıq sevgi yaşadım, nişan üzüyüm geri qaytarıldı”  
Şəhid leytenantın NİŞANLISI: “17 yaşımda yarımçıq sevgi yaşadım, nişan üzüyüm geri qaytarıldı”   +
15.11.2017, 08:56

Şəhidlər qürur, and yerimizdir. Bu qəhrəmanlar vətən, xalq uğrunda əbədiyyətə qovuşublar, bizimsə onları unutmağa heç bir haqqımız yoxdur...

Modern.az saytı “Aprel şəhidləri”nin həyat yoldaşları, sevdikləri xanımlarla silsilə yazılara davam edir. Bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin şəhid zabiti, “Aprel döyüşləri” zamanı qəhrəmancasına həlak olmuş Sahil Şirinovun nişanlısı əməkdaşımızla həmsöhbət olub.

Qısa arayış:  Sahil Şirinov  24 iyun 1992-ci il tarixində Qəbələnin Bum kəndində doğulub. 

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olmuş Sahil Şirinov 2016-cı ilin “Aprel döyüşləri” zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Sahilin nişanlısı ilə danışmaq çox çətin idi. 17 yaşında sevməyə başlayan Səidə təkcə nişanlısını deyil, sadiq dostunu itirdiyini ürək ağrısı ilə dilə gətirir.
Deyir ki, onun 17 yaşında elçilər qapıya gələndə nişanlanmağın əleyhinə olub.

Sevgililərin sonuncu görüşü

“Sahillə əvvəldən qohum idik. Analarımız xalaqızıdırlar. 2015-ci ilin oktyabrında Sahilin ailəsi bizə gəldi. Elə oldu ki, düz bir ay ailələrimiz arasında evlilik məsələsi danışıldı. Sonra bu evlilik məsələsinə anam da razılıq verdi. Amma mən orta məktəbdə oxuduğum üçün nişana tərəddüd edirdim. 17 yaşımda nişanlanmaq istəmirdim. Ali məktəbə hazırlaşırdım. Nə isə... uzun sözün qısası, 2015-ci ilin noyabrından Sahillə danışmağa, münasibət qurmağa başladım. Sahil həmin vaxtlarda Cəlilabadda leytenant kimi xidmət edirdi. Ona görə də gec-gec görüşürdük. 2016-cı ilin yanvar ayının 3-ü olardı, Qəbələyə gəldi. O vaxta kimi nişanımız olmamışdı. Sadəcə ailələrimiz bu izdivaca razılıq vermişdi. Əslində, nişan mərasimini mən gecikdirirdim. Sahilə də demişdim ki, onsuz da münasibətimiz var, telefonda danışırıq. Üzüyü də məktəbi bitirəndən sonra taxarsınız. Üzük taxılmasa da, öz aramızda nişanlı idik.
Yanvar ayında Qəbələyə gələndə 3 gün rayonumuzda qaldı. Sonra ikimiz də Bakıya gəldik. Daha doğrusu, Sahil məni Bakıya gəzməyə gətirdi. Bacısı Bakıda yaşayırdı. Elə alındı ki, 3 gün də Bakıda qaldıq.. Demək ki, qismətimizə yazılan bu görüş elə sonuncu görüşümüz imiş”.

Aprel şəhidimizə qismət olmayan nişan üzüyü

Şəhidimizin nişanlısı deyir ki, nədənsə nişan məsələsi uzanmağa doğru gedirdi:

“2016-cı ilin mart ayında Sahilin ailəsi nişan etmək istəklərini dilə gətirdi. Çünki 2 aydan sonra mən də orta məktəbi bitirirdim. Ona görə də Sahilin ana-atası üzük gətirib taxmaq istəyirdi. Məktəbi bitirməyimə az qaldığı üçün üzük taxmaq məsələsinə razılıq verdim. Həmin vaxt, yəni martın 15-i Sahil evə gəlməliydi. Daha doğrusu, Novruz bayramı öncəsi 10 gün məzuniyyət götürməli idi. Amma məzuniyyətini götürüb evə gələndə, onu geri çağırmışdılar. Sahil həmin vaxt Ağdaşa qədər gəlib çatmışdı. Amma qəfil zəng onun yanımıza gəlməsini əngəllədi. Sahilin gəlməsi mümkün olmadığından anası özü üzük almaq istədiyini dedi. Mən isə yenə razı deyildim. Sahilsiz üzük taxılmasını qəti istəmirdim. Anası isə nişanımızın olmasını çox israr edirdi. “Sahil yenə gələcək. Biz üzüyümüzü alıb, taxaq” dedi.
Sahillə telefonda danışanda “mən hələ gələ bilməyəcəm” söylədi. Mən də çarəsiz qalıb valideynlərin sözünü yerə salmadım. Şəhla xala ilə gəlib Bakıdan nişan üzüyü aldıq.
Martın 18-də də mənim doğum günüm idi. Nişanı 18-nə salmaq istədilər, amma alınmadı. Sonra martın 25-nə saldılar. Evdə kiçik nişan mərasimi oldu. Martın 28-də Sahil mənə yazdı ki, təlimə gedir, gələ bilməyək. Elə o gedən oldu”.


Müharibəni sevgisindən uzaq tutan döyüşçü

“Bir dəfə də olsun onun dilindən döyüş, hərb barədə nəsə eşitmədim”, - Səidə xanım deyir:


“5 ay ərzində Sahil bir dəfə də olsun müharibə olacağı barədə danışmadı. Axırıncı dəfə də vəziyyətdən xəbərdar idi. Amma mənə bir kəlmə belə, narahatlığını biruzə vermədi. Ondan təlimin keçirildiyi yeri soruşsam da, söyləmədi. O günlərə qayıtmaq çox çətindir. Sanki mənə qabaqcadan hər şey əyan olmuşdu. 
Sahilin şəhid olmasını sanki duymuşdum. Durduğum yerdə qızdırmam qalxdı. Vəziyyətim çox pis idi. Sonuncu dəfə aprelin 2-də Sahillə danışdıq. Amma danışığımız çox qısa oldu. Hətta Sahilin anası və qardaşı da gəlib məndən vəziyyəti soruşdular. Onların da xəbəri yox idi. Heç demə Sahil Tərtərə gedibmiş. Onun  döyüşdə olduğunu bilmirdik. Sonuncu telefon danışığımız zamanı mənə heç nə demədi. Nə ümidlə, nə də ümidsiz danışdı. Amma bir-birimizi sevdiyimiz 5 ay ərzində yoxluğunu dilə gətirirdi. Çünki hərb sahəsinin çətinliyini bilirdi. Hər dəfə “mən olmasam, nə edəcəksən” deyirdi. Sahili tanıyana qədər hərb sahəsini sevmirdim. Sahilin orda xidmət etməsinə də etiraz edirdim. Amma o, işini elə sevirdi ki, hərb sahəsini mənə də sevdirdi. İndi hərb sahəsi qədər sevdiyim ikinci nəsə yoxdur”.

Taleyi qara yazılmış düyünlü xonçalar

Şəhidimizin nişanlısı ona gətirilən xonçaları geri qaytardıqlarını deyir.

“Sahilin ailəsinin aldığı nişan üzüyünü qaytarmalı olduq. Çünki üzük taxılan vaxt bir neçə bir xonça da gətirmişdilər. Bacım da nişanlı olduğu üçün anam dözə bilmədi. Anama pis təsir edirdi. İstəmirdi ki, bacımın toyunun üstünə yarımçıq nəsə düşsün. Ona görə də üzüyü qaytarmalı olduq. Amma Sahilin atası evində ona aid bir guşə var. Mənə nişanda gətirilənləri aparıb həmin guşəyə qoydular.


Sahil aprelin 4-dən 5-nə keçən gecə şəhid olub. Aprelin 4-də ürəyim dəhşətli dərəcədə sıxılırdı. Bir darğınlıq vardı. Anam mağazaya gedirdi. Dedim ki, mənə bir ədəd günəbaxan tumu al. Adətən darıxanda günəbaxan tumunu qısa vaxtda bitirirdim. Amma anam aldığı tumu çırtlaya bilmədim. Ürəyim çox pis sıxılırdı. Səhər xalam və oğlu bizə gəlmişdi. Qəfildən gəlmələrinə çaşdım. Dedim görəsən nə olub? Mən o biri otağa keçəndə xalam anama Sahilə nəsə olduğunu deyib. Bir də gördüm ki, xalamla anam qışqırıb ağlayırlar. Xalamoğlu narahat olduğumu görüb dedi ki, Sahil ayağından yaralanıb. Düzü, elə o xəbəri eşidib yerimdə dondum. Heç belə xəbər gözləmirdim. O dərəcədə donmuşdum ki, ağlıma da gəlmirdi birbaşa xəstəxanaya gedim. Sahilin atasıgilə getdik. Onların evinə çanatnda gördük ki, bir dəstə adam bayraq gətirir. Artıq hər şeyi anladım. Heç demə, Sahilin yaralanmaq xəbəri yalan imiş. O, şəhid olubmuş. Onsuz da Sahilin yoxluğuna alışa bilmirdim. Atasıgilə gedəndə anasının halı mənə çox pis təsir etdi. Sahilin pencəyindən qundaq düzəldib əlində qucaqlamışdı. O acı mənzərə heç vaxt gözümün önündən getməyəcək”.


Sevdiyindən ötrü darıxan qız

 

Aprel şəhidimizin nişanlısı yadigar saxladığı əşyadan da söz açıb.

“Sahildən yadigar saxladığım qol saatıdır. Onu heç vaxt ata bilmərəm. Mənə hədiyyə almışdı. O saatı hələ də taxıram. Həmişə də taxacam. Ən azından təsəllidir. Sahil  təkcə sevdiyim insan deyildi. O hər şeydən əvvəl yaxın dostum idi. Onu itirməklə həm də ən yaxın dostumu itirmişəm. Bir-birimizə sevgimizi açdığımız kimi, dərdimizi də açmışdıq. Bu itki mənə elə-belə təsir etmədi, çox pis təsir etdi. İnsan o hissi yaşamayınca ağrısını da hiss edə bilmir. 17 yaşımda yarımçıq sevgini yaşadım. O yaşda insan bir dəfə sevmək istəyir. Sağlığında toy, ailə xoşbəxtlik arzularını daha çox Sahil dilinə gətirirdi. Onun şəhidliyi həm də bütün arzularını ürəyində qoydu. Arzusu yarımçıq köçdü bu həyatdan. Heç mən onun qədər arzulamamışdım xoşbəxtliyimizi.  Bu arzularla yanaşı, “bir gün həyatda olmaya da bilərəm” deyirdi. “Elə hadisə baş verə bilər ki, mən olmaram, toyumuz da olmaz. Sadəcə, arzularımı sənə deyirəm. Görəsən, mən ölsəm, həyatın necə olar?!” - Sahil bu sözləri deməklə sanki ölümünün yaxın olduğunu bilirdi.

İndi nə Sahil var, nə də arzuları. Onsuz hələ ki yeni həyatı düşünmürəm. Düzdür, anası Şəhla xala deyir ki, məni özü gəlin köçürəcək. Mənim isə heç bir arzum yoxdur. Anam da həyatın davam etdiyini deyir. Amma mən Sahili unutmamışam. Tez-tez yuxularıma gəlir. Hər gün dərsə onun aldığı saatı taxıb gedirəm. O saat qolumda durduqca, Sahil qəlbimdə yaşayacaq. Sahili tabutda gətirəndə anasının baxmasına icazə verdilər, amma mənə yox. Məni başqa otağa saldılar və dedilər ki, Sahil necə yadında qalıbsa, elə canlı kimi yadında qalsın, cənazəsi xatirində qalmasın. Amma mən onun cənazəsini də görmək istəyirdim. Mənə göstərmədiklərinə görə elə bilirəm ki, Sahil gələcək. Hətta, bir aralar onun məzarını ziyarət etməyə gedəndə psixoloji olaraq deyirdim ki, yox, bu  Sahilin qəbri deyil, ölməyib. Amma sonradan döyüş dostları danışanda anladım ki, acı da olsa həqiqətdir. İndi anam çalışır ki, Sahili beynimdən çıxarım. Amma nəinki mən,  heç anam da Sahili unuda bilməz. Düzdü, anam istəməz ki, mən tam olaraq onu unudum. Sadəcə, onunla bağlı düşüncələrimi azaltmağı xahiş edir. Anam istəmir ki, özümü məhv edim.
İllər keçsə də, Sahil qəlbimin bir küncündə mütləq yaşayacaq. Qəlbim onu unuda bilməz axı... Ürəyimdə iz qoymuş bir adam necə unudula bilər?! Nə qədər ki müharibə mövzusu olacaq, şəhidlər yad ediləcək, ürəyimdə Sahillə bağlı o yara mütləq təzələnəcək. Sevgi yarası sağalmır.


Hələ ki tələbəyəm. Gələcəkdə işim olsa, Sahilin adını əbədiləşdirmək istəyərəm. Mən Sahili 17 yaşımda sevdim. 17 yaşımda saf sevginin nə olduğunu bildim. O elə bir hissdir ki, unutmaq çətindi. Sahillə nə yaşamışamsa, heç birini unutmamışam. Buna haqqım da yoxdur. Ümid edirəm ki, o hisslər heç zaman yadımdan çıxmayacaq”.




Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlikdən qriplə bağlı AÇIQLAMA
23.11.2017, 11:23

Nazirlikdən qriplə bağlı AÇIQLAMA

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq    
23.11.2017, 11:21

Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq  

Yeməyiniz bol, mədəniz gen olsun!
23.11.2017, 11:11

Yeməyiniz bol, mədəniz gen olsun!

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
23.11.2017, 11:00

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

AMEA tərcüməçi axtarır   
23.11.2017, 10:58

AMEA tərcüməçi axtarır  

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"
23.11.2017, 10:16

Beynəlxalq Vizyon Universitetinin rektoru: "UNEC- in zəngin təcrübəsindən yararlanmaq istəyirik"

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı   
23.11.2017, 10:10

Bakı Ali Neft Məktəbi və Heriot-Vatt Universitetinin əməkdaşlığı 2021-ci ilədək uzadıldı  

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA
23.11.2017, 10:07

Xınalığa 22 sm qar yağıb - FAKTİKİ HAVA

 Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI
23.11.2017, 10:00

Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətin İNFOQRAFİKASI

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu
23.11.2017, 09:58

Ermənilər kəndlərimizi iriçaplı pulemyotlardan atəşə tutdu

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

ARXİV