25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - “Lapşin məsələsi” Dağlıq Qarabağa gedən əcnəbiləri niyə qorxutmadı... - XİN-in mövqeyi
“Lapşin məsələsi” Dağlıq Qarabağa gedən əcnəbiləri niyə qorxutmadı... - XİN-in mövqeyi
15.11.2017, 09:46

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, əcnəbilərin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə son qoymayıblar. Bu məsələdə Aərbaycan Xarici İşlər Nazirliyinin sərt mövqeyi, xüsusilə tərtib etdiyi “qara siyahı”sı olsa da, sanki bəzi əcnəbi vətəndaşları bu siyahının mövcudluğu qorxutmur. Görünür, əcnəbilər XİN-nin arzuolunmaz şəxslər siyahısına salınmağı heçə sayırlar. Belə olmasa, Qarabağa qanunsuz səfərlər etməzdilər.


Azərbaycan Xarici İşlər Nazirliyinin bu məsələ ətrafında səyləri olsa da – “qara siyahı” hazırlansa da,  daha sərt addım atıla bilməzmi?

Digər tərəfdən dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrə ezam olunmuş səfirlər niyə bu məsələdə aktiv olmaqla yanaşı, konkret mövqe sərgiləmirlər?

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Modern.az-a açıqlamasında mövzu ətrafında yaranan suallara cavab verib. O bildirib ki, Azərbaycanın təcrübəsində yalnız arzuolunmaz şəxslərin siyahıya salınması məsələsi hər zaman olub.

Erməni lobbi dairələrinin üstünlüyü

“Burada əsas hədəflərimizdən biri ətrafımızda ictimai məlumatlandırmanın artırılmasının  təmin edilməsidir. Təcrübə göstərir ki, işğal olunmuş ərazilərimizə səfər etmiş şəxslərdən bir çoxunun aldadılması prosesi baş verir və onlar yanlış şəkildə məlumatlandırılırlar. İkincisi, fikirlərinizlə tam olaraq razı olmaya bilərəm. O mənada ki, son illərdəki səfərlər fərqlidir. Mahiyyət etibarilə səfər edənlərin əksəriyyəti uzun müddətdir ki, erməni lobbiləri ilə sıx əməkdaşlıqda olan şəxslərdir. Məsələn, Amerikadan olan konqressmenlər. Onların hər işinə baxsaq, görərik ki, bütün siyasi karyeralarını, hətta, 1990-cı illərin sonlarından başlayaraq, işlərini  erməni məsələsi ətrafında qurublar. Onların seçki dairələrində də erməni lobbisi üstünlük təşkil edib. Digər bir nümunə: Belçika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri işğal olunmuş ərazilərə səfər edib. Bu xanım Belçika parlamentində qondarma erməni soyqırımını gündəmə çıxaran şəxsdir. Uzun müddətdir ki, erməni lobbi dairələri ilə təmasdadır. Bu siyahını bir az da uzada bilərik”.

Ermənilərin təbliğat kampaniyası

XİN rəsmisi bildirib ki, Qarabağa qanunsuz səfər edənlərlə bağlı problem xarakterli məqamlar var.

“Meksikanın Azərbaycandakı səfiri bəyanatla çıxış edərək bildirdi ki, Meksika Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Münaqişə BMT Təhlükəsizlik Şurasının  qətnamələri əsasında həll olunmalıdır. Bundan əlavə, Meksika parlamentində Azərbaycanla əlaqədar dostluq qrupu var və həmin qrupun nümayəndələri də bəyanatla çıxış ediblər. Bütün bunlar onu göstərir ki, Ermənistan tərəfi xüsusilə, Aleksandr Lapşin hadisəsindən sonra Azərbaycan məsələsini elmi müstəviyə  çıxarıb və elmi müstəvidə lazımi təqib xarakterli addımlar atdı.

Ermənistan və erməni lobbisi bütün resurslarını səfərbər edərək, arzuolunmaz şəxslər siyahısını hədəfə almaqla sanki onu nüfuzdan salmaq istiqamətində təbliğat kampaniyası aparıblar və bu əsnada da onlarla uzun müddət təmasda olan şəxsləri cəlb etmək istəyirlər. Təbii ki bu zaman həmin şəxslər ilk olaraq  arzuolunmaz şəxslər siyahısına salınır. Həmin şəxsin fəaliyyəti və onun hərəkətləri, açıqlamaları pis qiymətləndirilərək, təqib addımlar və cinayət işinin açılması kimi məsələlər də gündəmdədir. Bu kimi tədbirlərə əl atılır. Ən vacib hədəfimiz beynəlxalq dərəcədə məlumatlandırmanın artırılmasıdır”.
 

Bəs Azərbaycanın diplomatik nümayəndəlikləri nə işlə məşğuldur?

Hikmət Hacıyev deyib ki, diplomatik nümayəndəliklər Qarabağa qanunsuz səfərlərlə bağlı heç də az iş görmür.

“Diplomatik nümayəndəliklərimiz bu sahədə kifayət qədər fəal iş aparırlar. Fəal işin nəticəsidir ki, Qarabağa qanunsuz səfərlərin qarşısı əsasəın alınıb. Əvvəllər Qarabağa qanunsuz səfərlər edən əcnəbi vətəndaşlarla bağlı Ermənistan tərəfi qanunsuz rejim yaratmışdı. Əcnəbi vətəndaşlarının pasportlarına möhür vurub qanunsuz viza da verirdilər. Sonradan bunun araşdırma obyekti olduğunu bilərək, artıq əcnəbi ölkələrin vətəndaşlarına viza vermirlər. Onlar vizasız olaraq işğal olunmuş ərazilərə daxil olurlar. O zaman Ermənistan tərəfi  sadəcə möhür vurmaqla kifayətlənirdi. Daha sonra möhürün də araşdırma obyekti olduğunu görüb, onu da aradan götürdülər.
Əldə etdiyimiz məlumatlara görə, Yerevanda olan əcnəbilərə “qorxmayın, biz sizin pasportunuza heç bir möhür vurmayacağıq. Yalnız bir balaca kağız parçası verəcəyik. Pasportlarınızda işğal olunmuş ərazilərə səfərlə bağlı hər hansı qeyd olmayacaq. Sərbəst şəkildə həmin ərazilərə gedə bilərsiz” deyirlər. Çünki əksər əcnəbi vətəndaşlar Dağlıq Qarabağa  getməkdən çəkinirlər. Ona görə də bunlar məlumatlandırma xarakterli işlərin nəticəsidir. Diplomatik nümayəndəliklərimizə gəldikdə isə, onlar fəaliyyət göstərdikləri ölkələrin KİV-ri vasitəsilə məsələ barədə  məlumat verirlər. Dünyanın əksər ölkələrindəki xarici işlər nazirlərinin, o cümlədən, ATƏT-in Minsk qrupu ölkələrinin internet saytlarına baxsanız, görərsiniz ki,  həmin ölkələrə belə bir səyahət xəbərdarlığı qoyulub: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinin!. Həmin səfərlər qanunsuz xarakter daşıyır və orada həyatınız üçün risklər mövcuddur! Bu da diplomatik nümayəndəliklərin fəaliyyətlərinin nəticəsidir”.

Türkiyə vətəndaşlarının Qarabağa qanunsuz səfərlər etməkdə məqsədi nədir?

XİN rəsmisi sonuncu dəfə Türkiyə vətəndaşlarının Qarabağa qanunsuz səfərini də şərh edib.

“Bu məsələyə geniş aspektdən baxmaq lazımdır. Bzim üçün ölkələrin rəsmi mövqeyi əsasdır. Qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi bəllidir. O cümlədən digər ölkələrin mövqeyinə baxsaq, görərik ki, münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdırlar. Bu kimi səfərləri heç bir halda rəsmi mövqe kimi qəbul etməməliyik. Hətta, parlament səviyyəsində edilən səfərlərə də rəsmi don geyindirmək lazım deyil.

Bu səfər fərdi xarakter daşıyır. Qardaş Türkiyənin münaqişə ilə bağlı mövqeyi var. Bununla əlaqədar Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri çox aydın mövqe sərgilədi. Respublika  prokurorluğu tərəfindən lazımi hüquqi və təqib xarakterli addımlar atıldı və bu məsələdə də Türkiyənin vacib orqanları ilə təmasımız davam etdirilir”. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ yeni döyüş helikopterləri istehsal edəcək
25.09.2018, 10:46

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

Milli Məclisin ilk iclasının gündəliyi məlum oldu - SİYAHI   
25.09.2018, 10:45

Milli Məclisin ilk iclasının gündəliyi məlum oldu - SİYAHI  

Bu cərimələr artırılır – 10 min manat....
25.09.2018, 10:44

Bu cərimələr artırılır – 10 min manat....

Koçaryan Paşinyanı məhkəməyə verdi
25.09.2018, 10:40

Koçaryan Paşinyanı məhkəməyə verdi

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
25.09.2018, 10:38

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək
25.09.2018, 10:36

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”   
25.09.2018, 10:36

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”  

Məmur olmaq istəyənlər sınağa çəkiləcək
25.09.2018, 10:30

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir
25.09.2018, 10:24

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib
25.09.2018, 10:19

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib

ATƏT sərhəddə monitorinq keçirəcək
25.09.2018, 10:13

ATƏT sərhəddə monitorinq keçirəcək

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb
25.09.2018, 10:09

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR
25.09.2018, 10:07

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR
25.09.2018, 10:04

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR

UNEC-də imtahan prosesi təkmilləşdirilir
25.09.2018, 09:59

UNEC-də imtahan prosesi təkmilləşdirilir

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 
25.09.2018, 09:56

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

Cəbhədə şiddətli atışma oldu
25.09.2018, 09:50

Cəbhədə şiddətli atışma oldu

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”
25.09.2018, 09:44

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25.09.2018, 09:42

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR
25.09.2018, 09:17

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  
25.09.2018, 09:12

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər   
25.09.2018, 09:00

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər  

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR
25.09.2018, 08:22

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
25.09.2018, 07:58

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı
25.09.2018, 00:47

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı
25.09.2018, 00:30

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO     
25.09.2018, 00:20

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO    

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi
25.09.2018, 00:16

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO
24.09.2018, 23:57

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO
24.09.2018, 23:42

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir
24.09.2018, 23:24

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO
24.09.2018, 23:08

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi
24.09.2018, 22:51

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı
24.09.2018, 22:30

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı

Elmar Məmmədyarov narkotik vasitələrə qarşı mübarizəyə çağırdı
24.09.2018, 22:08

Elmar Məmmədyarov narkotik vasitələrə qarşı mübarizəyə çağırdı

Daşqınlar 5 can aldı
24.09.2018, 21:54

Daşqınlar 5 can aldı

PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018, 21:41

PKK başçısının yaxın silahdaşı həbs olunub

Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdirilir
24.09.2018, 21:29

Azərbaycan, İran və Gürcüstanın enerji sistemləri birləşdirilir

Abdulla Şaiqin nadir səs yazısı – VİDEO
24.09.2018, 21:14

Abdulla Şaiqin nadir səs yazısı – VİDEO

Neftin qiyməti 81 dolları ötdü
24.09.2018, 21:00

Neftin qiyməti 81 dolları ötdü

Səudiyyə Ərəbistanı Azərbaycana 368 milyon dollar investisiya yatırıb
24.09.2018, 20:46

Səudiyyə Ərəbistanı Azərbaycana 368 milyon dollar investisiya yatırıb

BMT İranda azərbaycanlılara qarşı təzyiqlərlə bağlı hesabat yaydı
24.09.2018, 20:32

BMT İranda azərbaycanlılara qarşı təzyiqlərlə bağlı hesabat yaydı

İspaniyalı gəncdən maraqlı yenilik
24.09.2018, 20:16

İspaniyalı gəncdən maraqlı yenilik

Nöqsanlara yol verən 100-dən çox hakim sistemdən kənarlaşdırılıb
24.09.2018, 20:02

Nöqsanlara yol verən 100-dən çox hakim sistemdən kənarlaşdırılıb

Ovçuluq təsərrüfatında 1000-ə yaxın partlamamış hərbi sursat tapıldı
24.09.2018, 19:42

Ovçuluq təsərrüfatında 1000-ə yaxın partlamamış hərbi sursat tapıldı

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - YENİLƏNİB
24.09.2018, 19:27

İlham Əliyev monqolustanlı həmkarı ilə görüşdü - YENİLƏNİB

Saray-Xırdalan avtobusunun təkəri partladı, dəmirə çırpıldı
24.09.2018, 19:11

Saray-Xırdalan avtobusunun təkəri partladı, dəmirə çırpıldı

Azərbaycanda yeni nazir müavini təyin olundu
24.09.2018, 19:06

Azərbaycanda yeni nazir müavini təyin olundu

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi
24.09.2018, 18:50

Milli Məclis Ermənistan parlamenti ilə əməkdaşlığı nəzərdə tutan memorandumu imzalamaqdan imtina etdi

XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı
24.09.2018, 18:47

XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı

ARXİV