Modern.az

Dünyanın ayaqyolu problemi: 2.6 milyard insan əziyyət çəkir

Dünyanın ayaqyolu problemi: 2.6 milyard insan əziyyət çəkir

20 İyun 2011, 15:18

Modern.az xəbər verir ki, BMT Baş Katibinin Su və Sanitariya üzrə Məşvərət orqanının sədri Əlahəzrət Oranj Şahzadəsi dünyanın ayaqyolu problemi barədə açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilib ki, hazırda 2.6 milyard insanın hər gün müvafiq ayaqyolu şəraiti olmadan yaşaması dəhşətli faktdır. Bu rəqəmi aşağı salsaq belə, yenə də çoxdur. 2.6 milyard insandan çoxu inkişaf etməkdə olan ölkələrdə yaşayır, bu da o deməkdir ki inkişaf etməkdə olan ölkələrin əhalisinin yarısının müvafiq ayaqyolu infrastrukturu yoxdur. Sosial-iqtisadi statusu və bərabərsizliyi nəzərə alsaq, vəziyyət daha da pisdir: Cənubi Asiyada əhalinin ən yoxsul əhalisinin 40%-i arasında 10 nəfərdən yalnız 2-nin evində ayaqyolu üçün təhlükəsiz, təmiz və müvafiq yer var.

“2000-ci ildən etibarən əldə olunmuş böyük nailiyyətlərə baxmayaraq, biz müvafiq ayaqyolu infrastrukturunun genişləndirilməsində irəliləyiş əldə edilməmişdir. Müasir tendensiyalara uyğun olaraq, 2015-ci ilə qədər – dünya liderlərinin əsas sanitariya şəraitin çatışmazlığından əziyyət çəkən insanların sayını yarıbayarı azaltmaq üçün BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə nail olmalarını dəyərləndirəcəkləri il – az deyil, əksinə daha çox insan sanitar şəraitin azlığından əziyyət çəkəcəkdir. Qorxuducu statistika və bundan əlavə, böyük sayda insan əzabları, qlobal bərabərsizlik nəticəsində ümidsizlik, iqtisadi artım üçün qaçırılmış imkanlar və artan ekoloji deqradasiyadır”-deyə açıqlamada bildirilib.

O da qeyd edilib ki, müvafiq ayaqyolu şəraitinin olmaması iqtisadi inkişafa əngəl törədir. Dünya Bankı bu yaxınlarda zəif sanitariya şəraitinin səhiyyə və ətraf mühitə olan təsirinə əsasən Hindistanda illik xərcləri 53.8 milyard, İndoneziyada 6.3 milyard dollar, Laosda 193 milyon  ABŞ dolları olaraq dəyərləndirib.

“Siz özünüzə sual verə bilərsiniz ki, niyə 2011-ci ildə 2.6 milyard insan müvafiq ayaqyolu şəraiti ilə təmin edilməmişdir. Bir çox səlahiyyətli şəxslər bu suala cavab axtarmağa çalışmışlar və məlum olmuşdur ki, burada birdən çox cavab mövcuddur. Əlbəttə, hazırkı əhali artımını nəzərə almaqla sanitariya şəraitinin yaxşılaşdırılması çətindir. Buna baxmayaraq,  mütəxəssislər əsas səbəb üzərində razılaşırlar: qərar qəbul edənlər sanitariya haqında danışmaqdan çəkinirlər və bu belə olduqca böhran davam edəcəkdir. Bizim təcili olaraq ictimai təlim, ünvanlı siyasət və hər şeydən öncə bu problemi aradan qaldırmaq üçün siyasi iradəyə ehtiyacımız vardır”-deyə Əlahəzrət Oranj Şahzadəsi bildirib.

Bu yaxınlarda, BMT sanitariya məsələlərinin beynəlxalq inkişaf gündəliyinin mərkəzinə çəkilməsi kimi möhtəşəm təşəbbüslə çıxış edib. Ölkələr sanitariyanın şəraitinin insan hüququ olması ilə razılaşıblar. Bir neçə ay bundan əvvəl BMT üzv dövlətlər açıq şəkildə ayaqyolundan istifadə etməyə son qoymağa, büdcəni artırmağa və Davamlı Sanitariya: 2015-ci ilədək beş illik fəaliyyət çərçivəsində əlaqələndirilmiş fəaliyyətə çağıran qətnamə qəbul ediblər. Sanitariyanın yaxşılaşdırılması üçün səy göstərməyə hazır olan qərar qəbul edənləri hədəfləyən 2015-ci ilədək olan bu Fəaliyyətə rəsmi olaraq 21 iyun 2011-ci il tarixdə Nyu Yorkda start veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir