Modern.az

ADU-da Çin modası

ADU-da Çin modası

15 Noyabr 2017, 10:39

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin xalqının etno-mədəni tarixində ənənəvi geyimlərin rolunun öyrənilməsinə həsr olunmuş “Çin modası: ənənələrdən günümüzə qədər” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov yazılı abidələr və portretlərdə, qədim Çinin xüsusi qanunlarında əks olunmuş kişi və qadın milli geyim formalarını əks etdirən Çin kostyumunun tarixi barədə məlumat verib. R.Abbasov həmçinin rəsmi və təntənəli mərasimlər üçün nəzərdə tutulan Çin zadəgan və bayram kostyumlarından, unikal yol kostyum və plaşlarından-“yağış paltarlar”ından, Çin geyimlərinin dekorativ elementlərinin simvolizmindən danışıb.  

 

Azərbaycanın ilk peşəkar rəssam-modelyeri, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova Çində keçirilən İkinci Avrasiya İpək Yolu Geyim festivalında iştirak etməsindən danışıb. O, bildirib ki, milli rəngi  və unikal Azərbaycan folklor bəzəklərini əks etdirən əllə işlənmiş naxışlı müəllif kolleksiyasını həmin festivalda nümayiş etdirib. F.Xələfova həmçinin üslub və dekorasiya, parlaq rənglər, modellərin və aksessuarların özünəməxsusluğu, toxuculuq xüsusiyyətləri, toxuculuğun unikal kombinasiyaları, Şərq və Qərbi bir araya gətirən modellər və aksessuarların orijinallığı ilə fərqlənən paltar hazırlamağın sirlərini bölüşüb.

 

 

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müəllimi Çen Siaojen zərifliyi, konseptual milli tərzi, unikal rəng və dekorasiyası ilə fərqlənən Çin kostyumunun ənənəvi xüsusiyyətlərini izah edib.  O, ənənəvi ipək geyimləri sayılan “tsipao” və “xanfu” xalatının əsas üslublarını xüsusilə vurğulayıb.

 

 

Tədbirin sonunda Çin qadın paltarlarının müasir modelləri nümayiş etdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir