19 noyabr 2017, Bazar
Ana Səhifə - MEDİA -  ““525-ci qəzet”lə bağlı kitabı tirajı bitənə qədər hədiyyə edəcəyəm” - MÜSAHİBƏ            
 ““525-ci qəzet”lə bağlı kitabı tirajı bitənə qədər hədiyyə edəcəyəm” - MÜSAHİBƏ            
15.11.2017, 10:49

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin “525-ci qəzet”-    in 25 illik yubileyinə həsr olunmuş kitabı nəşrə hazırlanıb.

 

Cahangir Məmmədli kitabla bağlı suallara və maraqlı məqamlara Modern.az-a müsahibəsi zamanı aydınlıq gətirib.

 

- Cahangir müəllim, necə oldu ki, qəzetin yubileyi ilə bağlı kitab yazmaq qərarına gəldiniz?

 

- Təxminən may ayında söhbət zamanı məlum oldu ki, “525-ci qəzet”-in 25 illiyidir. Mən ani ortaya çıxan söhbətdən bir az narahat oldum. Çünki o qəzet yarandığı gündən mən həmin qəzetin kollektivi ilə, redaksiyası ilə bir yerdə olmuşam. Xüsusilə Rəşad Məcid  qəzeti hazırlayanda birinci dəfə onun layihəsini yanıma gətirib mənlə məsləhətləşdi. Mən də baxdım və gözəl bir layihə olduğunu dedim. Rəşad Məcid çox istedadlı bir jurnalistdir. Bu qəzetə qədər bir sıra media orqanlarında işləyib. Beləliklə bu qəzetin ideyası meydana gəldi və 1992-ci il noyabrın 17-də ilk nömrəsi çapdan çıxdı. Qəzetin 25 yaşının tamam olması mənim üçün çox maraqlı fakt oldu. Çünki mən qəzetin 7 illik, 10 illik və 20 illik yubileylərində iştirak eləmişəm. Hər dəfə görürdüm ki, Azərbaycanın ən ümdə, ən möhtəşəm ziyalıları bu tədbirdə iştirak edir və bu qəzetə çox yüksək qiymət verirlər. Ona görə birdən belə bir şey ağlıma gəldi ki, qəzetin 25 illiyi ilə bağlı bir kitab hazırlamaq olar.

 

- Kitabda kimlərin yazıları dərc olunacaq?

 

- “525-ci qəzet”-in əksər nömrələrində, xüsusilə sentyabr-oktyabr aylarında mənim layihəm əsasında belə bir elan getdi:

““525-ci qəzet”in 25 illiyi münasibəti ilə Bakı Dövlət Univerisitetinin professoru Cahangir Məmmədli  xüsusi nəşr layihəsi hazırlayır.  Həmin layihə əsasında redaksiyamıza göndərilən yazılar ayrıca kitab halında çap ediləcək və həmin yazılar qəzetin nömrələrində də dərc olunacaq”.

Layihə qəzet səhifələrində görünən kimi “525-ci qəzet”-ə çox sayda yazı gəldi. Birinci yazı yazıçı Anara məxsusdur. İkincisi isə Elçinə. 3-cüsü Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə, 4-cü isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin kafedra müdiri Himalay Qasımova aiddir. Təxminən 7-8 nəfər akademik, bir neçə nəfər yazıçı, 6-7 nəfər akademiyanın müxbir üzvü, 10 nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent yazı göndərmişdi.  Bu hesabla 50-dən çox yazı redaksiyaya daxil oldu. Yazılar qəzet səhifələrində də getdi. Çatdıra bilmədiklərimizi də kitab halında nəşr etməyi qərara aldıq. Beləliklə belə bir kitab meydana gəldi. Adı isə belə oldu: “525-Zamanın sınağında”

 

- Yazılarda daha çox nələrdən bəhs olunur?

 

-  O yazılar təkcə təbrik məktubları deyil, o yazılarda gənc jurnalistlərə jurnalistikanın sirrləri təlqin olunur. Redaktor necə olmalıdır? Jurnalistikanın hansı yaradıcılıq prinsipləri var? və s. Çünki o yazıları yazan alimlər, sənətkarlar hamısı jurnalistikanı, publisitikanı, ədəbiyyatı bilən və o sahədə elmi cəhətdən öz əsərləri olan adamlardır. Ona görə o yazılar çox qiymətli yazılardır. Mən kitaba 200 səhifəlik elmi oçerk yazdım. “525-ci qəzet”-in fəaliyyət  sahəsi, onun mövzu dairəsi, əməkdaşları və bügünə qədər gəlib keçdiyi yollar haqqında 200 səhifəlik yazıdır. Onun ardınca redaksiyaya göndərilən böyük qələm sahiblərinin yazıları gəlir.

 

- Kitabı əldə etmək istəyənlər hara və ya kimə müraciət etməlidir?

 

- İndiyə qədər mənim 15 kitabım çıxıb və heç birini satışa qoymamışam. Bu kitab da satışda olmayacaq. Tələbələrimə, redaksiyanın kollektivinə, yazısı gedən müəlliflərə, qalanları isə kafedraya kim gəlib müraciət etsə onlara veriləcək. Əldə etmək istəyən mənə müraciət edə bilər. Kitabın tirajı o qədər də çox deyil. Tirajı bitənə qədər istəyənə hədiyyə edəcəyəm.

 

- Kitabın təqdimatı nə zaman və harada keçiriləcək?

 

Təqdimat 17 Noyabrda, universitetdə olacaq. Açılışı rektor Abel Məhərrəmov edəcək. Kitabda Abel müəllimin də “525-ci qəzet” haqqında yazısı dərc olunub. Yazının sərlövhəsi belədir: “525-ci qəzetin universitet sevgisi” . Bu qəzetin universitet sevgisi var, ona görə ki ən azı bu qəzetin yaradıcı heyətinin əksəriyyəti BDU-nun Jurnalistika fakültəsini bitirib. İkincisi isə onlar Azərbaycançılıq, milli mənafe və ictimai maraqları ifadə edən qəzet kollektividir. Abel müəllim də ictimai marağa xidmət edən, vətən sevgisi ilə yaşayan mətbuat orqanını və jurnalisti çox yüksək qiymətləndirir. Ona görə tədbirdə iştirak etməyə hətta açılışı özü etməyə söz verdi.

 

  Nəzrin RÜSTƏMOVA


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi   
18.11.2017, 21:08

Prezident sabiq icra başçısına “Tərəqqi” medalı verdi  

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

ARXİV