Modern.az

Qazaxıstan Rusiyaya icarəyə verdiyi ərazini geri aldı

Qazaxıstan Rusiyaya icarəyə verdiyi ərazini geri aldı

15 Noyabr 2017, 12:00

Qazaxıstan Baykonur Kosmos Bazası üçün Rusiyaya icarəyə verdiyi  11 min hektar ərazini geri aldı.

 

Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Müdafiə, Aviasiya və Kosmos Sənayesi Nazirliyi verdiyi yazılı açıqlamada Rusiya ilə Qazaxıstan arasında 10 dekabr 1994-cü ildə imzalanan Baykonur Kosmos Bazasının icarə müqaviləsində dəyişikliklər edilməsinə dair protokolun qəbul edildiyini bildirib.

 

Protokolda Akay və Toretam qəsəbələri arasındakı 11 min hektar ərazinin Baykonur üçün Rusiyanın icarəyə götürdüyü ərazidən çıxarılaraq sosial və iqtisadi infrastrukturunun inkişaf etdirilməsi üçün Qızılorda əyalətinə verildiyi bildirilib.

 

Qazaxıstan və Rusiya Səhiyyə nazirlikləri arasında imzalanan, Baykonur şəhəri və ətrafındakı Toretam və Akay qəsəbələri sakinlərinə səhiyyə xidməti təmin edilməsini nəzərdə tutan müqavilədə də dəyişiklik edildiyi yazılan şərhdə,  "Protokol, Baykonurda Toretam və Akayda yaşayan qazaxlar üçün səhiyyə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur" ifadələri qeyd edilib.

 

Qeyd edək ki, Qazaxıstan Baykonur bazası üçün Qızılorda əyalətindəki 6 min 717 kvadrat metr ərazini və  Baykonur şəhərini 2050-ci ilə qədər Rusiyaya icarəyə vermişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub